Məktəblərə operativ nəzarət üzrə məsul şəxslər təyin olunacaq
Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” təsdiq edib.
Versus.az xəbər verir ki, bu Qaydaların tələblərinə əməl edilməsinə nəzarət müəssisənin rəhbərində saxlanılmaqla təhsil müəssisələrində operativ nəzarət üzrə məsul şəxs (şəxslər) təyin olunur. Operativ nəzarət üzrə məsul şəxs (şəxslər) COVID-19- a yoluxma hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin təşkili, yoluxma hallarının effektiv idarə olunması, tədris və təlim-tərbiyə prosesinin iştirakçılarına bu cür hallarla bağlı təsirlərin minimuma endirilməsi üçün məsuldur.
Operativ nəzarət üzrə məsul şəxs (şəxslər) COVID-19- la mübarizə ilə bağlı məlumatlandırıcı və xəbərdaredici materialların tədris və təlim-tərbiyə prosesinin iştirakçılarına çatdırılmasını təmin edir. Operativ nəzarət üzrə məsul şəxs (şəxslər) təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyatının aparılması üçün gündəlik (müntəzəm) nəzarət formalarını və keyfiyyətə nəzarət cədvəllərini tərtib edir, həmçinin onların icrasına nəzarət edir.
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"