İdman dərslərinin evdə keçirilməsi mümkün olacaq
İdman dərslərin məktəbin idman zalında olmadan evdən keçirilməsi mümkündür.
Versus.az yerli mediaya istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında deyib.
Onun sözlərinə görə, müəllimlərin məktəbə gəlmədən evdən dərs keçməsi yaxşı haldır: "Biz məktəblərdəki sıxlığı aradan qaldırmaq istəyirik. Ona görə də müəllimlər məktəbə gəlmədən evdən də distant dərslər keçə bilərlər".
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"