Almaniyalı deputat Ermənistanın Azərbaycana qarşı hərbi təxribatından danışdı

17:22 12-09-2020 | icon 585 | Qarabağ
Almaniyalı deputat Ermənistanın Azərbaycana qarşı hərbi təxribatından danışdı

“Azərbaycanın ərazi bütövlüyünə qarşı hərbi təxribat və hücumlar qəbuledilməzdir”.



Versus.az xəbər verir ki, bunu “Report”un Avropa bürosuna açıqlamasında Almaniya Bundestaqının (parlament) hakim partiyadan olan deputatı Olav Quttinq (Olav Gutting) bildirib.



O hesab edir ki, heç bir ölkə hərbi təcavüzə məruz qalmamalıdır: “Bunu beynəlxalq hüquq və sənədlər də tələb edir. Heç bir ölkə hərbi təcavüzə məruz qalmağa layiq deyil, o cümlədən Azərbaycan. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq hüquq normaları var. ATƏT-in Minsk qrupu münaqişənin sülh yolu ilə həlli üçün Avasitəçilik edir. Hesab edirəm ki, bunlara zidd addımların atılması yalnız münaqişənin uzadılmasına xidmət edə bilər və Almaniya münaqişənin həllinin uzanmasından narahatdır”.



Bundestaq üzvü həmçinin Almaniya və Azərbaycan arasında postpandemiya dövründəki əməkdaşlıq barədə də danışıb:

“Azərbaycan Almaniya üçün daim maraq kəsb edən ölkə olub. Hesab edirəm ki, postpandemiya dövründə əlaqələr daha intensiv şəkil alacaq. Azərbaycan COVID-19-la mübarizə, insanların sağlamlığının və iqtisadiyyatın dayanıqlığının qorunması istiqamətində ciddi uğurlar əldə edib. Bu da iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinə təkan verə bilər”, - o bildirib.

O.Quttinq qeyd edib ki, Almaniya ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdirilməsi, xüsusilə də postpandemiya dövündə əməkdaşlığın daha da gücləndirilməsi üçün münbit potensial var: “Azərbaycan pandemiyaya qədər olduğu kimi postpandemiya dövründə də Almaniya üçün Cənubi Qafqazda əməkdaşlıq baxımından bütün sahələrdə cəlbedici ölkədir”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı