Qəbul imtahanından az bal toplayan abituriyentlərin NƏZƏRİNƏ
“200 baldan yuxarı nəticə göstərən abituriyentlər ali məktəbə qəbul oluna bilər, əsas məqam ondan ibarətdir ki, düzgün seçim edilsin”.
Bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi ilə əlaqədar “Facebook”da canlı yayım zamanı deyib.
M.Abbaszadə bildirib ki, I ixtisas qrupuna sənəd verən 10 343 şəxs 14 724 yerə namizəddir:
“9162 nəfər abituriyent 250-260 baldan yuxarı nəticə göstərib. Bu qrupda dövlət sifarişli yerlərin sayı 9990-dır”.
“250 baldan yuxarı nəticə göstərən hər bir abituriyent dövlət sifarişli yerlərdə özü üçün yer tapa bilər”, - deyə sədr əlavə edib.
O bildirib ki, I ixtisas qrupunda 150 baldan yuxarı nəticə göstərənlərin sayı 15 373 nəfərdir:
“Subbakalavrları da əlavə etsək 10 552 nəfər 14 724 yerə iddiaçıdır. Bu, pis nəticə deyil. Keçən ilki səviyyədə olan müsabiqə vəziyyətini gözləyirik”.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"