"Emmi" mükafatının QALİBLƏRİ

10:00 21-09-2020 | icon 1229 | Mədəniyyət
"Emmi" mükafatının QALİBLƏRİ

Los-Anceles şəhərində 72-ci "Emmi" mükafatının təqdimetmə mərasimi təşkil olunub.

 

"RİA Novosti"-nin xəbərinə görə, "Ən yaxşı dramatik serial" kateqoriyasında "Varislər" qalib olub.

 

"Ən yaxşı komediya serialı" kateqoriyasında "Şitts Krik", "Ən qısa serial" kateqoriyasında isə "Mühafizəçilər" "Emmi" qazanıb.

 

"Şitts Krik"də oynayan aktyorlar Ketrin O'Hara və Yucin Levi komediya serialında ən yaxşı aktyor, eyni serialdan olan Deniel Levi və Enni Merfi isə komediya serialında oynayan ən yaxşı ikinci plan aktyorları kateqoriyasında mükafat qazanıblar.

 

"Komediya serialı üçün ən yaxşı ssenari" mükafatını da Deniel Levi qazanıb.

 

Aktyorlar Ceremi Stronq və Zendaya dramatik serialda ən yaxşı kişi və qadın rollarına görə "Emmi" qazanıblar. Dramatik serialda ikinci plan roluna görə Bilki Krudap və Culiya Qarner də fərqləniblər.

 

1946-cı ildən Amerika Televiziya Sənətləri Akademiyası tərəfindən verilən "Emmi" bu sahədə ən prestijli mükafat hesab olunur. Mükafatın taleyini Teleakademiyanın 23 minə yaxın üzvü müəyyən edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI