Qəbul imtahanlarında 640 bal toplayan SƏRİYYƏ ƏLİYEVA
“Pandemiya şəraitində çox çətin oldu, amma bacardım”
Səriyyəni bir həftə əvvəl tanımırdım. Təsadüfən xalası Suğra xanımla söhbət zamanı bildirdi ki, bacısı qızı bu il qəbul imtahanlarından 640 bal toplayıb. Pandemiya ilə bağlı yaranan çətin vəziyyət Səriyyəni məqsədinə gedən yolda bir an da olsa, ümidsizliyə salmadı. Əksinə, gecə-gündüz kitablar qarşısında oxuyurdu, öyrənirdi...
Suğra xanımdan Səriyyənin əlaqə nomrəsini istədim və axşam evə gələndə ona zəng etdim. Onunla söhbət etdikcə, mənə elə gəlirdi ki, Səriyyəni çoxdan tanıyıram. Vətənpərvər, gözəl, ağıllı qızımızın timsalında inanıram ki, gənclərimiz bu torpağın, bu xalqın başını hər yerdə uca tutacaqlar, harada olsalar, Azərbaycan adından söz etdirəcəklər.
Səriyyə Əliyeva 2003-cü il dekabrın 9-da anadan olub. 278 saylı orta məktəbi bitirib. Deyir ki, bu il sonuncu sinifdə oxuyanlar üçün xüsusilə çox çətin oldu:
“Pandemiya dönəmi başlamamışdan öncə bir dədfə də olsun, məktəbdən qalmamışdım. Tətildə belə məktəbimiz, dərslərim, müəllimlərim, sinif yoldaşlarımdan ötürü çox darıxırdım. Amma bu bizdən asılı deyildi, bütün dünya eyni situasiyanı yaşayır. Birinci qrupa hazırlaşırdım. Orta məktəbdə yaxşı oxuduğum üçün distant təhsil mənə çətin gəlmədi”.
Distant təhsil zamanı Səriyyəyə ən çətin gələni kimya fənni olub. Deyir ki, qəbul imtahanları yaxınlşdıqca kimyadan zəif olduğumu dərk edirdim. Karantin müddətində özünə söz verib ki, kimya biliklərini daha da artırmalıdır:
“Şükür, sonunda bacardım. Onlayn sınaqlara qoşuldum. Oz zəif tərəflərimi gördüm. Onları düzəldməyə, kimya biliklərimi artırmağa nail oldum”.
Səriyyənin arzusu uşaqlıqdan memar olmaq idi. Ailədə, qohumlarda hər kəs Səriyyənin böyüyəndə memar olmaq istəyini dəstəkləyirdi. Amma vaxt keçdikcə arzusunu başqa bir istək əvəz edir:
“Zaman keçdikcə, fikrimi dəyişdim. İnformasiya texnologiyaları, kompyüter sahəsi marağımı və diqqətimi daha çox çəkirdi. İndi arzum informasiya texnologiyaları və kompyüter mühəndisi olmaqdır. Çünki zaman keçdikcə, təkcə ölkəmizdə deyil, bütün dünyada bu sahəyə marağı artdığını və önə çıxdığının vacibliyini anladım. Gələcəkdə özümü bu sahədə görürəm”.
Səriyyə söhbət zamanı öz sahəsində vətəninə, dövlətinə xidmət etmək istədiyini dedi.
Versus.Az olaraq Səriyyəni, bu il tələbə adına layiq görülən bütün gənclərimizi təbrik edir, hər birinə uğurlar arzulayırıq.
Ağanisə Sultan
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"