ADU-da “Çin mədəniyyəti həftəsi”
Azərbaycan Dillər Universiteti Çinlə maraqlanan hər kəsi və bütün Azərbaycan tələbələrini “Salam Çin” devizi altında həyata keçirilən onlayn "Çin mədəniyyəti həftəsi" ndə iştirak etməyə dəvət edir.
Versus.az xəbər verir ki, "Çin mədəniyyəti həftəsi" Çinin dövlət bayramına - 1 oktyabr tarixində qeyd olunan Çin Xalq Respublikasının yaranması Gününə və qədim Çin mütəfəkkiri, filosofu Konfutsinin doğum gününə həsr olunub.
"Çin mədəniyyəti həftəsi" zamanı qədim Çin sivilizasiyasının çoxəsrlik adət və ənənələri, Çinin tarixi və müasir həyatı, Çin fəlsəfəsi, ədəbiyyatı, rəssamlığı, milli musiqisi, mahnıları və rəqsləri, zərif mətbəxin tətbiqi sənəti və sirləri, gimnastikanın və döyüş sənətinin məşhur sistemləri ilə tanış olmaq istəyən hər kəs üçün açıqdır. Hər kəs onlayn konfransda, tələbə mübahisələrində, tematik inşa müsabiqələrində, ustad dərslərində, fotoqrafiya, xəttatlıq sərgilərində, Çin və Çinin rəssamlığı haqqında kitablarda, çay mərasimində iştirak edə bilər.
"Çin mədəniyyəti həftəsi" nin Tədbirlər Proqramı ilə Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutunun Facebook səhifəsində tanış olmaq mümkündür. "Bizim istedadlar" bədii müsabiqəsində iştirak etmək istəyənlər Çin mahnılarının, rəqslərinin, instrumental musiqisinin müəllif ifası ilə öz videolarını, eləcə də öz rəsm və qrafik işlərinin fotoşəkillərini WhatsApp vasitəsilə (055)2434241 nömrəsinə və ya [email protected] elektron poçt ünvanına (Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov) göndərə bilərlər.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"