Kəlbəcəri Ermənistana birləşdirəcək yolun tikintisi başlanıb - FOTO
Ermənistan rəhbərliyi Azərbaycanın işğal alıtndakı torplaqlarında infrastuktur layihələrini davam etdirir.
Versus.az xəbər verir ki, bu dəfə Qarabağı Ermənistanla birləşdirən Vardenis-Ağdərə yolunu işğal olunmuş Kəlbəcər rayonunu mərkəzi ilə birləşdirəcək yolun tikintisinə başlanılıb.
17 kilometr uzunluğunda yolun asfatlanması 2021-ci ilin əvvəllərinə qədər başa çatacaq. Tikinti işləri Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutunyanın iştirak etdiyi tədbirdən sonra başlayıb.
Bundan başqa, Kəlbəcər rayonunun Qızılqaya kəndindən Vardenis-Ağdərə yoluna birləşən 3,2 kilometrlik yol da asfaltlanaraq nəqliyyatın hərəkətinə açıq elan olunub.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"