UNEC ilə Dövlət Agentliyi arasında Memorandum imzalanıb

11:03 23-09-2020 | icon 420 | Təhsil
UNEC ilə Dövlət Agentliyi arasında Memorandum imzalanıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

 

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və UNEC-in rektoru, professor Ədalət Muradov arasında imzalanan memorandum ölkədə həyata keçirilən sosial və iqtisadi sahədə islahatların genişləndirilməsinə dəstək göstərməklə, icbari tibbi sığortanın tətbiqi və səhiyyə sahəsinin idarəedilməsi üzrə lazımi ixtisasların yaradılması və mütəxəssislərin hazırlanması istiqamətində qarşılıqlı əməkdaşlığı özündə ehtiva edir. Memorandum çərçivəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, xarici təcrübənin öyrənilməsi və lazım olan təcrübənin ölkədə tətbiq olunması üzrə əməkdaşlıq nəzərdə tutulur.

 

Sənədə əsasən, tərəflər tibbi xidmətlərin iqtisadi təhlili, postsovet ölkələrinin təcrübə və müvafiq sahələrdə boşluqlarının öyrənilməsi istiqamətində əməkdaşlıq edəcəklər. Eyni zamanda tərəflər icbari tibbi sığortanın xidmətlər zərfinin yenilənməsi və göstərilən tibbi xidmətlərdən məmnunluğun öyrənilməsi üçün əhali arasında sorğular keçirməklə bağlı razılığa gəliblər.

 

Memorandum çərçivəsində həyata keçiriləcək tədbir və tədqiqatları İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzi birgə həyata keçirəcəklər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...