Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

11:39 23-09-2020 | icon 1812 | Təhsil
Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

Tevfik Ulual: “Bu ildən Kuzey Kıbrısda “Öyrənci Dostu Ada” projemiz həyata keçirilir”

 

Şimali Kipr deyəndə gözlərimiz qarşısına yer üzünün cənnəti olan tarixi, mədəniyyəti zəngin, təkrarsız təbiəti olan ada gəlir və onun gözəl, istiqanlı, qardaşımız olan insanları. Kuzey Kıbrıs həm də universitetləri ilə məşhurdur. Nə qədər paradoksal da  də olsa, siyasi olaraq dövlət kimi tanınmayan Şimali Kiprin universitetləri və diplomları bütün dünyada tanınır. Bütün universitetlər dünya standartları səviyyəsində qurulub. Belə bir deyim var ki, - “KKTC universitetlərində təhsil ənənəvi təhsili on il qabaqlayıb”.

 

Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Azərbaycandakı Təmsilçiliyinin Təhsil məsələləri üzrə attaşesi Tevfik Ulual Versus.Az-a müsahibə verib.

  

- Tevfik bəy, son illər Kuzey Kıbrıs Türk Cümhuriyyəti universitetlərində təhsil almaq arzusunda olan Azərbaycan gənclərinin sayı artıb. Kuzey Kıbrıs universitetləri barədə sizdən duymaq istəyirik.

 

- Kuzey Kıbrısda 21 universitet fəaliyyət göstərir. 2019-2020-ci ilin statistikasına görə bu universitetlərdə həm yerli, həm Türkiyədən, həm də xarici ölkələrdən 104.658 min tələbə təhsil alır. Ümumilikdə universitetlərimizdə dünyanın 140 ölkəsindən tələbə var. Bu ölkəmiz adına  gözəl bir statistikadır, amma hədəfimiz tələbə sayının daha da artırılmasıdı. Bu mənada, Milli Egitim və Kültür Bakanlığımız daima yeni projelər üzərində işləyir, daha nələri həyata keçirə bilərik ki, ali təhsil almaq istəyən gənclər Kuzey Kıbrıs universitetlərini seçsinlər. Düzdür pandemiya bütün dünyada çətinliklər yaratdı, bu başadüşüləndir. Amma buna rəğmən, bu il Türkiyə Yüksək Öyrətim Kurulunun (YÖK) keçirdiyi yüksək öyrətim kurullarına yerləşdirmə imtahanlarının nəticələrinə görə 9316 tələbə Şimali Kipr Türk Cümhuriyyəti universitetlərində qeydiyyat haqqı əldə edib. Bu da ötən illə müqayisədə 9.20% bir artım var. Təbii, əldə olunan nəticə bizi çox sevindirir. YÖK və yüksək öyrətim kurullarına yerləşdirmə sınavlarından başqa, bir də atestatlarla qəbul var. Atestatla müraciətlər hələ davam edir.

 

- Tevfik bəy, söhbət  zamanı “Öyrənci Dostu Ada”, yəni “Tələbə Dostu Ada” projesindən danışdınız. Gerçəkdən çox təqdirəlayiqdi, belə demək mümkünsə, xeyirxahlıq projesidi. Zəhmət olmazsa, bu barədə oxucularımıza da məlumat verərdiniz.

 

- Bəli, Milli Egitim və Kültür bakanımız, hörmətli nazirimiz Nazım Çavuşoğlu rəhbərliyində Kuzey Kıbrısda ali təhsil alan tələbələrimizin yaşam şərtlərini asanlaşdırılmasına və yaxşılaşdırılmasına çox böyük önəm verirlər. Bu məqsədlə bu il ilk dəfə “Öyrənci Dostu Ada” projesini artıq həyata keçirməyə başlayıb. Kuzey Kıbrıs Türk Çümhuriyətində ali təhsilə başlayan bütün yerli və xarici tələbələr qeydiyyatdan keçərkən onlara ada kart adında bir bank kartı hədiyyə veriləcək. Bu karta da dövlətimiz tərəfindən 500 Türk lirəsi miqdarında pul qoyulacaq. Onlar da bu pulu istədikləri kimi xərcləyə biləcəklər. Düşünürəm bir tələbə üçün yaxşı bir məbləğdir. Eyni zamanda bu kart bütün dünyada keçərli olacaq. İstər pul çəkmə, istər tələbələr bir-birlərinə lazım olanda faizsiz pul transferi edə bilərlər. Bundan başqa, Kuzey Kıbrısda alışveriş etdikləri “anlaşmalı işlətmələr və mağazalarda” bu kart vasitəsilə endirimlərdən faydalanacaqlar. Bir faktı da qeyd edim ki, “Öyrənci Dostu Ada” projesi uyğulamasında Kuzey Kıbrısa girişləri zaman testlər də pulsuz olacaq.

 

- Kuzey Kıbrıs Türk Cümhuriyyətinin bir neçə universitetində olmuşam, dərs proselərini izləmişəm. Universitet şəhərcikləri, tələbə yataqxanaları, kitabxanalar dünya standartları səviyyəsindədir. Hətta fərqli ölkələrdən olan tələbələrlə söhbət etdiyim zaman bildiridilər ki, özlərini Kıbrısda çox xoşbəxt hiss edirlər və yüksək səviyyədə təhsil alırlar.

 

- Yuxarıda da qeyd etdiyim kimi, 140 olkədən tələbələrimiz var və çox uyumlu şəkildə təhsillərinə davam edirlər. Bəli universitetlərimizdə gerçəkdən tədrisin səviyyəsi yüksəkdir. Və onlar Kuzey Kıbrısın çox gözəl təbiəti və iqlimində gələcək karyeralarının ilk təməlini ölkəmizdə atırlar. Arzumuz odur ki, qardaş ölkə Azərbaycandan daha çox gəncin Kuzey Kıbrıs Türk Cümhuriyyətininin universitetlərınə qəbul olması və öz vətənlərindəki kimi təhsillərini davam etdirmələridir. Onları Kuzey Kıbrıs universitetlərində gözləyirik. Bir məqamı da qeyd edi ki, övladları universitetlərimizdə təhsil almaq istəyən gənclərin valideynləri, ya özlərinə KKTC-nin Bakı təmsilçiliyinin qapısı həmişə açıqdır. Biz bütün Azərbaycan xalqını sevirik. Hansısa məsləhət vermək, fikirlərimizi almaq istəsələr, biz bundan yalnız məmnun olarıq.

 

- Vaxt ayırdığınıza və maraqlı söhbətə görə təşəkkür edirəm.

 

Ağanisə Sultan
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...