Ali məktəblərə müsabiqədənkənar qəbul olunanların sayı AÇIQLANDI

14:33 23-09-2020 | icon 764 | Təhsil
Ali məktəblərə müsabiqədənkənar qəbul olunanların sayı AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunanlar haqqında məlumat yayıb.

 

DİM-dən Versus.az-a verilən məlumata görə, qəbul qaydalarına əsasən, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, həmçinin beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alan abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malikdirlər.

 

2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malik olanlar artıq ixtisas seçimi ediblər. Belə ki, bu il 2 nəfər beynəlxalq fənn olimpiadası, 28 nəfər respublika fənn olimpiadası, 74 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu üçün, 10 nəfər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB Diploma Programme) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara qəbul olunub. Respublika fənn olimpiadasının qalibi olan 10 nəfər isə müvafiq fənnə aid seçə biləcəyi ixtisaslara müsabiqədənkənar qəbul olmaqdan imtina edib və qəbul imtahanından topladıqları bal əsasında müsabiqədə iştirak edəcək.

 

Bundan əlavə, 160 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 30 abituriyent ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...