Əlavə dərs vəsaitlərinin tələbi ilə bağlı valideynlərin şikayətlərinə CAVAB

11:36 26-09-2020 | icon 508 | Təhsil
Əlavə dərs vəsaitlərinin tələbi ilə bağlı valideynlərin şikayətlərinə CAVAB

Valideynlər məktəblərdə tədris üçün nəzərdə tutulan dərsliklərlə yanaşı, tələb olunan əlavə vəsaitlərdən narazılıq edirlər.

 

Versus.Az xəbər verir ki, bu barədə bir qrup valideyn tərəfindən Oxu.Az-ın redaksiyasına şikayət ünvanlanıb.

 

Valideynlər iddia edir ki, məktəblərdə müəllimlər riyaziyyat fənninin tədrisində Təhsil Nazirliyinin tədris prosesi üçün təsdiq etdiyi kitablardan əlavə vəsaitlərin alınmasını tələb edirlər:

 

“Söhbət Mübariz Namazovun riyaziyyat kitabçasından gedir. Sözügedən kitabın bu qədər önəmli olmasının və məcburi qaydada şagirdlərə aldırılmasının səbəbi nədir? Hər il yeni nəşrinin alınmasını istəyirlər. Əgər M.Namazovun hazırladığı dərslik Təhsil Nazirliyinin tədris üçün təsdiq etdiyi riyaziyyat kitablarından daha effektlidirsə, onu da kitaba əlavə etsinlər. Valideynlərin maddi durumu həmin əlavə vəsaitləri almağa imkan vermir”.

 

Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, “Ümumi təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində təhsilalanlar dərsliklərlə dövlət hesabına təmin olunurlar:

 

“Dərsliklərdə kifayət qədər tapşırıq var ki, onların yazı dəftərində həll edilməsi ilə mövcud təhsil proqramının mənimsənilməsini həyata keçirmək mümkün olur. Lakin bununla belə ümumi təhsil müəssisəsi təhsil proqramında nəzərdə tutulan standartların reallaşdırılması üçün dərslikdən başqa digər tədris vasitələrindən də istifadə edə bilər. Valideynlər öz maddi vəziyyətlərinə uyğun olaraq övladlarının istifadə etməsi üçün digər vəsaitlər kimi (planşet, rəngli kağız, plastilin, flomaster, karandaş, albom, bloknot və s.) ümumi təhsil müəssisəsi tərəfindən tövsiyə edilən tədris vasitələrini də istədikləri halda ala bilərlər.

Amma bununla yanaşı onu da bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2020-ci il tarixli 67 nömrəli qərarı ilə təsdiqlənən “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”na əsasən dövlət ümumi təhsil müəssisəsi dərslikdən başqa hər hansı tədris vasitəsini daxili istifadəyə tövsiyə etməzdən əvvəl onu pedaqoji şuranın qərarı ilə təsdiqləməlidir. Məktəbin pedaqoji şurası tərəfindən təsdiq edilməyən tədris vasitələri hətta valideynlərin öz istəkləri ilə könüllü alındığı təqdirdə belə tədris prosesinə buraxıla bilməz”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...