ALDP-dən məktəblərdə "bayram pulu"nun yığılması ilə bağlı BƏYANAT

16:10 26-09-2020 | icon 719 | Təhsil
ALDP-dən məktəblərdə "bayram pulu"nun yığılması ilə bağlı BƏYANAT

"Valideynləri “soyan” məktəb direktorları üzə çıxarılmalı və cəzalandırılmalıdırlar"

 

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) partiya Sədr Aparatının iclası keçirib. İclasda pandemiya dövründə ümumtəhsil müəssisələrində vəziyyətlə bağlı bəyanat qəbul olunub.

 

Versus.Az xəbər verir ki, Bəyanatda deyilir:

 

"Təhsil Nazirliyi hər il bəyan edir ki, ümumtəhsil müəssisələrində şagirdlərdən pul yığılmır. Amma baxmayaraq ki, dərslər onlayn formada keçirilir, tədris ilinin ilk günlərindən məlum olur ki, “Müəllimlər günü”nə indidən pul yığmağa başlanıb. Dərs ilinin yeni başlamasına baxmayaraq artıq valideynlər sosial şəbəkələr vasitəsilə toplantılar keçirirlər. Çox təəssüflər ki, bu iclasların təşkilinə valideynlərin bəziləri canfəşanlıq göstərirlər. Müəllimlərin qarşısında özlərini yaxşı göstərmək üçün artıq keçmişdə qalan bayramların - “8-Mart”, “Novruz bayramı” və s. əlamətdar günlərin “bayram pulunu” yığmağa təklif edirlər.

 

Dövlətin qadağan etdiyi, amma heç bir məktəbin əməl etmədiyi pul yığmımları davam edir və bunun qarşısını heç bir halda almaq mümkün deyil. Şagirdin pul yığma aksiyasına qoşulmaması birbaşa onun müəllimlə münasibətinə çox ciddi təsir edir. Hətta bəzi valideyinlər də “bayram pulu” verməyənləri qınayırlar. Fond pulu, test pulu prosesinə də indidən start verilib.

 

ALDP bəyan edir ki, bu neqativ halların qarşısını almaqdan ötrü Təhsil Nazirliyi məktəblərdə monitorinqlər aparmalı və təhsil şöbələrinin müdirləri ilə intensiv görüşlər keçirməli, valideynləri “soyan” məktəb direktorları üzə çıxarılmalı və cəzalanmalıdırlar. Təhsil Nazirliyi mətbuat vasitəsilə valideynlərə də bu işdən çəkinməyə müraciət etməlidir".

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...