Ermənilərin yaraladığı mülki şəxs xəstəxanaya yerləşdirildi
Erməni silahlı bölmələrinin Ağdam rayonu istiqamətində aşdığı atəş nəticəsində mülki şəxs yaralanıb.
Versus.az xəbər verir ki, mərmi atəşi nəticəsində rayonun Qaradağlı kənd sakini, 59 yaşlı Bəykişi Zeynalov qəlpə yaraları alıb.
O, Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri sentyabrın 27-də səhər saatlarına Azərbaycanın yaşayış məntəqələrini atəşə tutub. Mülki şəxslər arasında itki və yaralılar var. Azərbaycan ordusunun komandanlığı əks-hücum qərarı verib.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"