Ağdam sakininin evinə mərmi düşüb
Ermənilər Azərbaycanın mülki əhalisini hədəfə almaqda davam edirlər.
Versus.Az xəbər verir ki, Qarabağ bürosunun məlumatına görə, işağlçı ordunun atdığı mərmilərdən biri Ağdam rayonunun Çəmənli kənd sakini Əsədov Zahid Məhərrəm oğlunun həyətinə düşüb.
Nəticədə Z.Əsədova məxsus ev və "VAZ 2107" markalı avtomobil yararsız hala düşüb.
Qeyd edək ki, Ermənistanın Silahlı Qüvvələrinin bu gün törətdiyi təxribat nəticəsində Azərbaycanda bir ailənin 5 üzvü isə həlak olub. Mülki əhalinin atəşə tutulması nəticəsində 19 dinc sakin yaralanıb. Eyni zamanda onlarla şəxsi mülkiyyətə ziyan dəyib.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"