422 nəfər rezidenturaya qəbul olub

10:46 29-09-2020 | icon 419 | Təhsil
422 nəfər rezidenturaya qəbul olub

2020/2021-ci tədris ili üçün əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub.

 

Versus.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında bildirilir.

 

Məlumata görə, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

 

Qəbul imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edən 456 namizəddən 422 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 133 nəfərini oğlan, 289 nəfərini qızlar təşkil edir. 218 namizəd cari ilin, 204 namizəd isə əvvəlki illərin məzunudur.

 

Qəbul olanların siyahısının və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olunduğu “Rezidentura” jurnalının 4-cü sayını sentyabrın 29-dan etibarən abiturient.az saytından PDF formatda əldə etmək mümkün olacaq.

 

Pandemiya ilə əlaqədar olaraq Nazirlər kabineti yanında Operativ qərargahın tələb və tövsiyələrini nəzərə almaqla rezidenturaya qəbul olanlar tələb olunan sənədləri 1‑9 oktyabr 2020-ci il tarixlərində (7 iş günü müddətində) müvafiq qurumların (Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olmuş şəxslər Müdafiə Nazirliyinin, Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan MR Səhiyyə Nazirliyinin, Tibb Universitetinə və digər klinik bazalara qəbul olmuş şəxslər Səhiyyə Nazirliyinin) müəyyən etdiyi müəssisələrdə yaradılmış işçi qrupa təqdim etməklə (və ya onlayn) qeydiyyatdan keçməlidirlər.

 

Rezidenturaya qəbul olanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və onlar qəbul olanlar siyahısından çıxarılacaq.

 

Qeyd edək ki, Azərbaycan Tibb Universitetinə və digər klinik bazalara qəbul olmuş şəxslərin ixtisaslar üzrə qeydiyyatı müxtəlif vaxtlarda ATU-nun 4 nömrəli tədris binasında (Ünvan: Bakı ş. Səməd Vurğun küçəsi 18) aparılacaq. Daha ətraflı məlumat Səhiyyə Nazirliyinin rəsmi  internet saytında veriləcək.

 

Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər isə qeydiyyatın aparılma qaydaları haqqında məlumatla Naxçıvan Dövlət Universitetinin rəsmi internet saytından tanış ola bilərlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı