Bağça müəllimi 25 uşağı zəhərlədi

09:31 30-09-2020 | icon 648 | Təhsil
Bağça müəllimi 25 uşağı zəhərlədi

Çində bağça müəllimi uşaqları zəhərlədiyinə görə edam cəzasına məhkum edilib.

 

Versus.Az xəbər verir ki, bu barədə “RİA Novosti” xəbər yayıb.

 

Məlumata görə, təqsirləndirilən Van Yunun həmkarı Sunla münaqişəsi yaranıb. Qadın intiqam almaq qərarına gəlib və uşaqların sıyığına natrium nitrit qatıb. Nəticədə 25 uşaq zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib, onlardan biri isə həyatını itirib.  

 

İstintaq zamanı Van Yunun ilk dəfə belə addım atmadığı da ortaya çıxıb.

 

2017-ci ildə qadın əri ilə dalaşıb. Sonra internetdən natrium nitrit alıb, onun suyuna qatıb. Kişi bu suyu içdikdən sonra zəhərlənsə də, onun orqanizmində ciddi fəsad yaranmayıb.

 

Məhkəmə qadının natrium nitritin insanlar üçün təhlükəli ola biləcəyini çox yaxşı bildiyini, buna baxmayaraq, iki dəfə istifadə etdiyini bildirib.

 

Məlumata görə, Van Yun zəhərlədiyi sıyığı bir çox uşağın yeyəcəyini yaxşı bilirdi, amma bu onu dayandırmayıb.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...