Siyasətçinin oğlu ŞƏHİD OLDU

11:39 01-10-2020 | icon 4192 | Şəhidlər və şahidlər
Siyasətçinin oğlu ŞƏHİD OLDU

Evdən çıxdı və ailəsinə sadəcə “torpaqlarımızı almağa gedirəm, sağlıqla qalın” dedi

 

Ermənistan hərbi qüvvələrinin Azərbaycan ərazilərində illərdir davam edən cinayətkarlığı, özbaşına hərəkətləri bu gün Şanlı Ordumuz tərəfindən layiqli cavabını alır. Ordumuzu tək qoymayan oğullar könüllü olaraq cəbhəyə yollanır, Vətən qarşısında borclarından çıxmaq istəyirlər. Təbii ki, heç bir qələbə itkilərsiz olmur...

 

Şəhidimiz var. Könüllü döyüşə gedən Anar Hüseynovun 23 yaşı vardı. Bir gün evdən çıxdı və ailəsinə sadəcə “torpaqlarımızı almağa gedirəm, sağlıqla qalın” dedi... 10 gün döyüşdü... Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak oldu...

 

Qeyd edək ki, şəhid Anar Hüseynov Müasir Müsavat Partiyasının Nərimanov rayon təşkilat sədri Rəhim Qəmbərovun övladıdır. Şəhid Bərdə rayonunda dəfn olunub.

 

MMP rayon təşkilat sədrləri dəfn mərasimində iştirak ediblər. Partiyanın sədri Hafiz Hacıyev və müavini Könül İsmayılova Rəhim Qəmbərova dərin hüzünlə başsağlığı verib, Şəhidə Allahdan rəhmət, əzizlərinə səbr diləyib.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən var olsun!

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...