Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur
Beynəlxalq Dialoq və İnkişaf Alyansı işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi hücum təxribatı nəticəsində günahsız sivil insanların öldürülməsi ilə bağlı BMT-nin baş katibi António Guterreşe müraciət edib. Bu barədə məlumatı Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova mətbuata açiqlamasında biridirib.
Müraciətdə deyilir:
27 Sentyabr 2020 başlayaraq Ermənistan silahlı qüvvələrinin hərbi təxribatı nəticəsində Azərbaycanın yaşayış məntəqələri ağır artilleriya atəşinə tutulub.
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın sıx məskunlaşdığı ərazilərə şiddətli artilleriya atəşi nəticəsində son dörd gündə 56 mülki şəxs öldürülmüş və müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilmişdi. Erməni hərbi birləşmələri əhalinin sıx yerləşdiyi ərazilərə - rayon və kənd mərkəzlərinə, mülki infrastruktur obyektlərinə - evlərə, xəstəxanalara, tibb məntəqələrinə, məktəb binalarına, uşaq bağçalarına, hökumət binalarına, təsərrüfat sahələrinə ağır artilleriya atəşlərini davam etdirir.
Ermənistan silahlı qüvvələri tərəfindən mülki infrastruktur obyektlərinin atəşə tutulması nəticəsində 163 ev, habelə 36 mülki obyekt ciddi ziyan görmüş, habelə mülki nəqliyyat vasitələri yararsız hala düşmüş və bir çox təsərrüfat məhv edilmişdir.
Ermənistan tərəfindən qəsdən yaşayış məntəqələri və mülki şəxslərin hədəf alınması 1949-cu il Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.
Ermənistan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini və digər nüfuzlu beynəlxalq təşkilatların qətnamələrini və çağırışlarına məhəl qoymur və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur.
Beynəlxalq Dialoq və İnkişaf Alyansı olaraq, BMT-ni Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə lazımi hüquqi qiymət verməyə və beynəlxalq hüquq pozuntularının qarşısını almağa, Ermənistana qarşı sərt sanksiyalar tətbiq etməyə və təcili tədbirlər görməyə çağırırıq.
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"