Atəşkəsdən indiyədək ermənilər tərəfindən 398 hərbçimiz öldürülüb

16:13 03-10-2020 | icon 387 | Qarabağ
Atəşkəsdən indiyədək ermənilər tərəfindən 398 hərbçimiz öldürülüb

“İyulda Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ərazilərinə qarşı təcavüz nəticəsində altı nəfərin mülki obyektinə ciddi ziyan dəyib, hətta tamamilə məhv edilib”.

 

Versus.Az xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Baş prokurorluqda Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalimizə qarşı törədilmiş cinayətlərlə bağlı keçirilən brifinqdə deyib.

 

K.Əliyev bildirib ki, hərbçilərdən əlavə, mülki şəxsimiz Əziz Əzizov da qətlə yetirilib:

 

“Həmçinin, avqustun 23-də isə Ermənistanın diversiya kəşfiyyat qrupunun rəhbəri saxlanılılıb. 

Onların məqsədi Azərbaycan Ordusu, təchizatı və digər məsələlərlə bağlı məlumat əldə etmək olub. Lakin buna nail ola bilməyiblər. Bu məsələ ilə bağlı cinayət işi üzrə Baş Prokurorluqda istintaq aparılır.

Erməni silahlı qüvvələri 2016-cı ilin Aprel hadisələri zamanı altı mülki şəxs qətlə yetirib, 26 mülki şəxs yaralanıb. 300 ev və obyekt yararsız hala salınıb”.

 

O bildirib ki, 1994-cü ildən bu günə qədər ermənilər atəşkəs rejiminə riayət etməyib, onlar hər zaman mülki və hərbi cinayətlər törədiblər:

 

“Bişkek müqaviləsi imzalanandan bu günə qədər, yəni atəşkəs imzalanandan indiyə qədər 398 hərbçimiz, 31 mülki şəxs öldürüb. 

2016-cı ilin Aprel hadisələri zamanı altı mülki şəxs qətlə yetirib, 26 mülki şəxs yaralanıb. 
Bununla yanaşı, 1038 hərbçi , 69 mülki şəxs yaralanıb”.

 

Onun sözlərinə görə, atəşkəs dövründə ermənilərin törətdiyi faktlarla bağlı bir çox maddələrlə cinayət işləri açılıb:

 

“Bununla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə 287 cinayət işi, qəsdən adam öldürməyə cəhd maddəsi ilə isə 625 cinayət işi isə başlanılıb. 

Onu da qeyd edək ki, cinayət işləri ilə bağlı 2015 və 2018-ci illərdə bu cinayətləri törətməkdə təqsirləndirilən iki erməni vətəndaşı həbs edilib. Onlar uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 

Həmin işlər üzrə daha yeddi nəfər axtarışa verilib. Onlardan dördü Ermənistan, üç nəfər isə Azərbaycan vətəndaşıdır. Həmin üç ay nəfər Dağlıq Qarabağda yaşayan Azərbaycan vətəndaşı olan ermənilərdir”.

 

K.Əliyev Ermənistan dövlətinin bu dövrdə cinayətlərini davam etdirdiyini və onların Azərbaycana qarşı törətdiyi təxribatların davam etdiyini də diqqətə çatdırıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...