ATGTİ-dən Ermənistanın təxribatlarına qarşı BƏYANAT
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Ermənistan silahlı qüvvələrinin ötən gün törətdikləri təxribata dair bəyanat verib.
Versus.Az xəbər verir ki, Bəyanatda deyilir:
"Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq mülki əhaliyə qarşı terror aktları törətməyə davam edir.
4 oktyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının ikinci böyük şəhəri Gəncəyə raket zərbələri endirdi. Separatçı quldur rejimin başçısı Araik Harutyunyanın bildirdiyinə görə, Azərbaycanın böyük şəhərlərində yerləşən hərbi obyektlər Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən silahlı qüvvələrin hərbi hücumlarının hədəfinə çevriləcəkdir. Amma ayrı-seçkilik qoyulmadan törədilən dünənki hücumlar zamanı mülki şəxslər öldü və yaralandı, bir çox mülki obyektlər zərər gördü. Azərbaycan Respublikası Baş Prokurorluğunun verdiyi məlumata görə, bu günə qədər Ermənistanın təcavüzü nəticəsində 24 mülki şəxs həlak olub, 111 nəfər yaralanıb.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Ermənistan dövlətinin terrorçu və barbar hərəkətlərini kəskin şəkildə pisləyir və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrində də qeyd olunduğu kimi, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına çağırır".
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"