Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan tərəfindən Azərbaycanın Mingəçevir şəhəri istiqamətində buraxılan “Skad" raketinin görüntüsünü yayıb.
Prezidentin köməkçisi “Twitter” paylaşımında sözügedən raketin hava hücumundan müdafiə sistemlərimiz tərəfindən zərərsizləşdirildiyini qeyd edib.
“Ermənistan öz ərazisindən Azərbaycanın Mingəçevir şəhərinə NATO kod adı “SCUD” olan ballistik raket atıb. Bu raket S-300 hava hücumundan müdafiə qüvvələrimiz tərəfindən məhv edilib. Buraxılış nöqtəsində ermənilərin təhqiramiz nitqi səslənir. Ermənistanın dövlət terroruna son qoyulmalıdır. Bu video Ermənistandandır”, - Hikmət Hacıyev bildirib.