Ermənilər atəşkəs kəskin şəkildə pozdu

08:28 13-10-2020 | icon 1110 | Qarabağ
Ermənilər atəşkəs kəskin şəkildə pozdu

Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini hər ötən gün daha açıq şəkildə pozmaqda davam edir. 13 oktyabr səhərə yaxın Tərtər rayonu ərazisinə 2 raket zərbəsi endirilib. İtkilər barədə məlumat yoxdur.

 

Dağlıq ərazilərdə mövqe tutan erməni terrorçuları ərazilərimizə daldanacaqlar, dəmir-beton konstruksiyalı mövqelərdən atəş açır, raket zərbəsi endirir və qaçıb gizlənirlər. Ermənilərin gecə hucumuna Azərbaycan ordusunun hissələri qarşılıq verərək düşmənin atəş nöqtələrini hədəf alıb və susdurub.



2 saatlıq fasilədən sonra ermənilər yenidən dinc yaşayış məntəqələrini müxtəlif çaplı silahlardan atəşə tutub. Düşmən, əsasən, mülki əhalinin yaşadığı Tərtər şəhərini və ətraf yaşayış məntəqələrindəki evləri, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları hədəf götürməkdə davam edir. Bununla belə Azərbaycan ordusu düşməni qaçıb gizləndiyi yerlərdə belə məhv edir, zərərsizləşdirir. Azərbaycan ordusunun qarşısında acizliklərini əlisilahsız əhaliyə atəş açmaqla nümayiş etdirirlər. Hazırda Tərtər istiqamətində şiddətli döyüşlər gedir, düşmən mövqeləri ordumuzun şiddətli atəşi altındadır. Dağlıq ərazidəki düşmən mövqeləri üzərində qara buludlar müşahidə olunur. Bu, ordumuzun erməni terrorçularına endirdiyi mərmi zərbələrindən ayrılan bulud qatıdır. Düşmən törətdiyi müharibə cinayətlərinə görə ordumuz tərəfindən ən sərt şəkildə cəzalandırılır. Hazırda şiddətli döyüşlər davam edir. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...