Gənclər biganə dünya ictimaiyyətinə etiraz edirlər - FOTO

13:38 14-10-2020 | icon 490 | Müharibə
Gənclər biganə dünya ictimaiyyətinə etiraz edirlər - FOTO

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ölkəmizin dinc mülki əhalisini hədəfə almasına dünya ictimaiyyətinin biganə qalması gənclərin etirazına səbəb olub.

 

Azərbaycan gəncləri Ermənistan silahlı qüvvələrinin Gəncə, Mingəçevir, Yevlax, Bərdə, Naftalan, Goranboy, Tərtər, Ağdam, Ağcabədi və digər şəhər və rayonlarda mülki əhali və infrastrukturu mərmi və raket atəşinə məruz qoyması, nəticədə, uşaq və qadınlar da daxil olmaqla, çoxlu sayda insanın həlak olmasına dünya siyasətçiləri, beynəlxalq təşkilatlar, media nümayəndələri və sıravi şəxslərin əksəriyyətinin biganə yanaşmasına, bəzi hallarda isə aşkar faktlara rəğmən hətta qərəzli mövqe nümayiş etdirmələrinə özünəməxsus tərzdə etiraz ediblər.

 

Erməni qəsbkarlarının mərmi və raket atəşləri nəticəsində ailə üzvlərini, yaxınlarını, qonşularını, dost və tanışlarını itirən gənclər ağızlarını yapışqan lentlə bağlayaraq, bu hərbi cinayətlərə və insan fəlakətinə səssiz qalan dünyaya öz etiraz ismarıclarını çatdırıblar.

 

Sosial şəbəkələrdə fləşmob xarakteri daşıyan kampaniya bütün dünyanın diqqətini problemə cəlb etmək məqsədi güdür.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...