İsveç Krallığında erməni terroru əleyhinə aksiya keçirilib

01:30 18-10-2020 | icon 113 | Qarabağ
İsveç Krallığında erməni terroru əleyhinə aksiya keçirilib

İsveç Krallığının Stokolm şəhərindəki Azərbaycan diasporu işğalçı Ermənistan ordusunun Azərbaycana qarşı təcavüzünə, Azərbaycan ərazisindəki növbəti hərbi təxribatlarına etiraz olaraq Sergelakaden meydanında icazəli aksiya keçirib.

 

Versus.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, aksiya iştirakçıları Ermənistan silahlı qüvvələrinin təxribatlarına, Gəncə şəhərinin yenidən raket atəşinə tutmasını və nəticədə mülki vətəndaşların, azyaşlıların, qadınların həlak olmasını, mülki obyektlərin dağıdılmasını kəskin şəkildə pisləyiblər.

 

Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının və Azərbaycan İsveç Federasiyasının təşəbbüsü ilə keçirilən aksiyada Stokolmda yaşayan və fəaliyyət göstərən soydaşlarımız iştirak ediblər. Aksiyada çıxış edənlər Gəncə və Mingəçevir şəhərlərinin raket atəşinə tutulması, Gəncədə onlarla mülki vətəndaşın, o cümlədən günahsız körpələrin həlak olmasından təəssüf hissi keçirdiklərini bildirib, dünya ictimaiyyətini erməni terroruna göz yummamağa və Azərbaycanın haqlı mövqeyini müdafiə etməyə çağırıblar. Aksiya zamanı üzərində Qarabağ həqiqətlərini əks etdirən lövhənin olduğu maşın meydan ətrafında dövrə vurub.

 

Aksiyada Azərbaycan Respublikasının Dövlət Himni oxunub. İştirakçılar müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et!”, “Erməni terrorçuluğuna son qoyun!”, “Mülki insanlar toxunulmazdır!”, “Uşaq ölümünə son qoyun!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” “Ermənistana inanma”“Ermənistanın işğalına son!” “Ermənistanın təcavüzünə son” “Erməni terroruna son” və s. şüarlar səsləndirib.

 

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərində gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyekrlərə ciddi ziyan dəyib, hər iki terror aktı nəticəsində 23 nəfər həlak olub, 83 dinc sakin ağır yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqəyə qeydiyyat başa çatır

Direktor olmaq istəyən namizədlərin NƏZƏRİNƏ

"Qarabağın məşhur müəllimləri" layihəsinə başlanılır

Azərbaycan “İti qovan” istehsalına başladı - FOTO

“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO

“Paşinyan uduzduğunu başa düşür və bilir ki, erməni xalqı onu asacaq”

Zəngilanın bir qəsəbəsi və 13 kəndi işğaldan azad edilib

Füzuli və Cəbrayılın daha bir neçə kəndi işğaldan azad edilib

“Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü”

Rəsmləri ilə hər kəsi valeh etdi - MÜSAHİBƏ

Azərbaycan səni unutmayacaq - VİDEO

“Danışıqlara, sülhə məhz Paşinyan dəvət olunmalıdır” - MÜSAHİBƏ

“Ordumuz öz işini qüsursuz şəkildə həyata keçirir”

“Daha 13 kənd işğaldan azad edildi”

Dahi şair, mənzum dramaturgiyanın banisinin doğum günüdür