Şəhid bacısının ürək dağlayan HEKAYƏSİ

21:18 19-10-2020 | icon 2194 | Şəhidlər və şahidlər
Şəhid bacısının ürək dağlayan HEKAYƏSİ

"Qoy, igid qardaşımı hər kəs tanısın"

 
 

"Əziz dostlar, mənim qəhrəman, canım şəhid dayım oğlunun hekayəsini paylaşsanız şad olaram!"

/Bacısının dilindən!/
 
 
Versus.az "facrbook" sosial şəbəkədə yayılan bu yazını olduğu kimi təqdim edir:
 
 
Qardaşım mülki həyatında belə həmişə dostlarının, yaxınlarının bir çətinliyi olsa, təhlükəli anlarda belə özünü ilk qabağa atan insan idi . Çox fədakar, layiqli, ürəkli insan idi. Mərdliyindən zatən şübhəmiz yox idi.
 
 
Bu il, iyul ayının 24-ü igid qardaşımı -Nuriyev Saleh Səxavət oğlunu əsgər apardılar. Anamın istəyi ilə qardaşımı xahiş edərək Gəncədə saxlatdırdıq. Sonra müharibə başlayan vaxt öz istəyi ilə Daşkəsənə gedib, orda xəstələnmişdi və biz soruşanda da Gəncədə olduğunu deyirdi amma israr edildikdən sonra düzünü demişdi. Halbu ki, həmən vaxt qardaşım ı xəstələndiyinı görə Daşkəsəndə hərbi hissənin hospitalında yatırd. Amma bizdən gizlədirdi.
 
 
Bu arada ikinci şəkildə olan dayım Orucov Kamran-27.01.1974 təvəllüdlü—1992 ci ildə Ağdam döyüşlərində könüllü olaraq iştirak edib. Getdiyi 4 ay olmadan Fərux dağında itkin xəbəri gəlib. O vaxtdan ailəsi, anam da bu acını yaşayırlar. Və elə bu səbəblə də anam "Mənim qardaşım o vaxt şəhid olub artıq, oğlumu da şəhid verib bir daha ikinci acı yaşamaq istəmirəm "məqsədi ilə yenidən komandirə zəng edərək Gəncəyə qaytarılmasını xahiş etdi. Xahiş nəzərə alınaraq icra olundu. İgid qardaşım bir az keçəndən sonra hər birimizə zəng edərək, "mən burda qala bilmirəm, mən dostlarımın yanında olmaq istəyirəm, xahiş edirəm mənə razılıq verin ora gedim "kimi dəfələrlə israr edirdi. Hətta dostlarından aldığımız məlumata görə hospitalda olduğu müddətdə dostlarına" mən döyüşə gedib dayımın intiqamını almaq istəyirəm" kimi sözlər deyirmiş.
 
 
Bir müddət aradan sonra oktyabr ayının 15-i evə zəng edib "Heç bir narahatçılıq yoxdur, hər şey yaxşıdır Cəbrayıldayam"-deyə bizimlə danışdı. Çox təəssüf, acı hissi ilə qeyd edirəm ki, oktyabr ayının 17-i qorxduğumuz, çox acı olan əziz, igid qardaşımın şəhidlik xəbəri bizim də qapımızı döydü!... İçimiz yanır, amma həm də məğruruq! Allah məkanını cənnət etsin! Sizlərdən 3 bacı,anam və atam adından rica edirəm ki, paylaşın bu yazımı. Qoy igid qardaşımı hər kəs tanısın. İgid qardaşım da başqa igid şəhidlərimiz kimi tanınsa bizim yaramıza bir qədər də olsa məlhəm olar. Ona görə sizlər bizim yaramıza ancaq məlhəm ola bilərsiz.
 
Allah bütün şəhidlərimizə rəhmət və ailələrinə səbr versin. Şəhidlərimizin qanı ancaq torpaqlar tam alınan halda yerdə qalmayacaqdır!!!
 
 
Allah Şəhidlərimizə rəhmət eləsin.
 
 
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...