DSX-yə zirehli nəqliyyat vasitəsi verildi - FOTO

11:22 20-10-2020 | icon 693 | Müharibə
DSX-yə zirehli nəqliyyat vasitəsi verildi - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) general-polkovnik Elçin Quliyevi və şəxsi heyəti Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib.

 

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin bütün əməkdaşları bu tarixi hadisənin sevincinə qoşularaq, Dövlət Sərhəd Xidmətinə təkmilləşdirilmiş BTR-70M tipli zirehli nəqliyyat vasitəsi hədiyyə edib.

 

Döyüş maşınının ön hissəsində və sağ tərəfində “İLHAMLA İRƏLİ!”, sol tərəfində isə “XUDAFƏRİN BİZİMDİR!” sözləri yazılıb.

 

Müdafiə Sənayesi Nazirliyi Prezident, Ali Baş Komandan İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılıb.

 

Hazırda mütəxəssislər Silahlı Qüvvələrin hərbçiləri ilə birlikdə yeni tipli silah və döyüş sursatlarının real döyüş şəraitində sınaqlarını keçirirlər.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...