Səni sevirəm, AZƏRBAYCAN ƏSGƏRİ

12:32 21-10-2020 | icon 3870 | Uşaq Dünyası
Səni sevirəm, AZƏRBAYCAN ƏSGƏRİ

Sevgimlə, dualarımla sizinləyəm


AYLA NƏCƏFLİ
/7-ci sinif şagirdi/

 

Salam Əsgər, salam Azərbaycan xalqı!

Bu gün torpaqlarımızı azad etmək uğrunda döyüşlər gedir. Azərbaycanın rəşadətli ordusu canları bahasına olsa belə, torpaqlarımızı mənfur ermənilərdən alırlar. İşğal altında olan gözəl guşələrimiz bizi çağırır.

 

30 ilə yaxındır ki, torpaqlarımız yad səsi eşidir, yad nəfəsi alır. Biz burada Şuşanın, Xankəndinin, Laçının həsrətindən için-için yanarkən torpaqlarımız da mənfur düşməndən qurtulmaq istəyir, bizi səsləyir.

 

Amma artıq yetər! Döyüşlər nəticəsində artıq bir çox rayon və kəndlərimiz işğaldan azad edilib. Bu hamımızın sevincidir. Hər dəfə azad edilmiş torpaqlarımızın xəbərini eşidəndə nəinki o torpaqların sakinləri, hətta bütün Azərbaycan sevinclərində həmən qalxıb vətənlərinə qaçmaq istəyirlər.

 

Artıq vaxtı gəldi. Biz bu gün tarix yazırıq. Artıq hər yerdə - binaların üstündə, küçələrdə, maşınların üzərində Azərbaycan bayrağı asılıb.

 

Düşmən o qədər qorxaq və çarəsizdir ki, əsgərlərimizlə qarşı-qarşıya gəlməkdən qorxur. Buna görə də düşmən ikinci dəfə Xocalı faciəsi törətdi. Amma bu dəfə Gəncədə... Xocalıda olduğu kimi əliyalın dinc sakinləri hədəfə aldılar. Hətta bu belə Azərbaycan xalqını qorxuda bilməz.

 

Ey qəhrəman Azərbaycan xalqı, mən qürur duyuram ki, belə igid, rəşadətli ordumuz var. Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz torpaqlarımızı işğaldan azad edir. Bu gün qardaş Türkiyə də bizim yanımızdadır.

 

Əsgər, sənə səmimi qəlbdən inanırıq. Bunu heç vaxt unutma. Azərbaycan əsgəri, mən bilirəm ki, sən torpaqlarımızı azad etmək üçün səngərdə odun-alovun içində mənfur düşmənlə vuruşursan. Mən də söz verirəm ki, sənə bacardığım qədər çox kömək edəcəm – sevgimlə, dualarımla! Sizinlə qürur duyuram”

 

Yaxınlarda bütün torpaqlarımız işğaldan azad ediləcək. Bax o zaman qaçqın adı üstümüzdən tamamilə götürüləcək.

 

Eşq olsun Azərbaycan ordusuna! Yaşasın Azərbaycan Əsgəri. Və sonda, Prezidentimizin dediyi kimi, QARABAĞ AZƏRBAYCANDIR!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI