"Qarabağın məşhur müəllimləri" layihəsinə başlanılır


Təhsil Nazirliyi "Qarabağın məşhur müəllimləri" adlı yeni layihəyə start verir.
Versus.Az xəbər verir ki, bu barədə nazirliyin məlumatında bildirilib.
Məlumata görə, layihə çərçivəsində Qarabağda doğulan, həmçinin vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunacaq.
Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə Qarabağın məşhur müəllimlərini yad etməkdir.
Xəbər lenti

Mədəniyyət Komitəsinin sədri Şuşalı mədəniyyət işçiləri ilə görüşüb
Hər üç qonağa üzərində "Şuşa Azərbaycandır!" yazılmış qol saatı hədiyyə edilib