Sürprizlər, darmadağınlar, xal itkiləri… - VİDEO

07:54 22-10-2020 | icon 423 | İdman
Sürprizlər, darmadağınlar, xal itkiləri… - VİDEO

UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub.

 

Versus.Az xəbər verir ki, ikinci oyun günündə A, B, C və D qruplarında mübarizəyə start verilib.

 

A qrupunda “Zaltsburq” öz meydanında Rusiya təmsilçisi “Lokomotiv”lə xalları yarı bölüb – 2:2.

 

Yarışın son qalibi “Bavariya” bu mövsümə də iddialı başlayıb. Çempion “Atletiko”nu darmadağın edib - 4:0.

 

B qrupunda hər iki matçın nəticəsi gözlənilməz olub. “Real Madrid” İspaniyada Ukrayna “Şaxtyor”una 2:3 hesabı ilə uduzubsa, “İnter” İtaliyada Almaniyanın “Borussiya” (Mönhenqladbax) komandasına məğlubiyyətdən son anda qurtulub - 2:2.

 

C qrupunda “Mançester Siti” İngiltərədə Portuqaliya “Portu”su üzərində inamlı qələbə qazanıb - 3:1. “Olimpiakos” isə Yunanıstanda Fransa “Marsel”inə minimal hesabla qalib gəlib - 1:0.

 

Nəhayət, D qrupunda “Ayaks” Niderlandda İngiltərə “Liverpul”una avtoqolla uduzub - 0:1. “Midtülland”ı isə Danimarkada İtaliya “Atalanta”sı darmadağın edib - 4:0.

 

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

21 oktyabr

A qrupu

“Zalstburq” (Avstriya) – “Lokomotiv” (Moskva, Rusiya) - 2:2

Qollar: Dominik Saboslai, 45. Zlatko Yunuzoviç, 50 - Eder, 19. Vitali Lisakoviç, 75

“Bavariya” (Almaniya) – “Atletiko” (İspaniya) - 4:0

Qollar: Kinqsli Koman, 28; 72. Leon Qoretska, 41. Korenten Tolisso, 66

B qrupu

“Real Madrid” (İspaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna) - 2:3

Qollar: Luka Modriç, 54. Junior Vinisius, 59 - Tete, 29. Rafael Varan, 33 (öz qapısına). Manor Solomon, 42

“İnter” (İtaliya) – “Borussiya” (Mönhenqladbax, Almaniya) - 2:2

Qollar: Romelu Lukaku, 49; 90 - Rami Bensebaini, 63 (pen.). Yonas Hofmann, 84

C qrupu

“Mançester Siti” (İngiltərə) – “Portu” (Portuqaliya) - 3:1

Qollar: Serxio Aqüero, 21 (pen.). İlkay Gündoğan, 65. Ferran Torres, 73 - Luis Dias, 14

“Olimpiakos” (Yunanıstan) – “Marsel” (Fransa) - 1:0

Qol: Ahmed Hassan, 90+1

D qrupu

“Ayaks” (Niderland) – “Liverpul” (İngiltərə) - 0:1

Qol: Nikolas Talyafiko, 35 (öz qapısına)

“Midtüllann” (Danimarka) – “Atalanta” (İtaliya) - 0:4

Qollar: Duvan Zapata, 26. Alexandro Qomes, 36. Luis Muryel, 42. Aleksey Mirançuk, 89

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycan burada bir bəhanədir, əsas məqsəd...

"Bayrağımız Qarabağda dalğalanmadıqca içimiz rahat deyildi, bu gün isə..."

Zəfər gününün ruhu, qüdrəti ilə vüqarla dalğalanan BAYRAĞIMIZ

“Zəfərimiz, bayrağımız müqəddəsdir, mənfurların vurduğu ləkəni götürməz”

129 nömrəli məktəbdə  maarifləndirici tədbir

Deputatdan bankların tələbləri ilə bağlı TƏNQİD

Neftçalada ev sahibi ilə birgə YANDI

Azərbaycanda İLK

Rəqəmsal məlumat platforması İSTİFADƏDƏ

Bu universitetə rektor TƏYİN EDİLDİ

Ödəmə terminalından oğurluq etmək İSTƏDİ

Əyriboyunluq xəstələri həkimə daha gec fazada gətiriləndə müalicə gecikir

Qarabag müharibəsi əlili haqqını tələb etdi və...

Məhşur restoranda kütləvi DAVA

Samir Bağırovun içinə şeytan girirmiş