Təslim olan erməni hərbçi - VİDEO

14:27 23-10-2020 | icon 466 | Müharibə
Təslim olan erməni hərbçi - VİDEO

“Başa düşdüm ki, döyüşməyə gəlməmişəm, qaçmalıyam”

 

Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar davam edir.

 

İzləyicilərimiz düşmənin döyüş meydanında atıb qaçdığı hərbi texnikanın qənimət olaraq ələ keçirildiyinin dəfələrlə şahidi olub.

 

Artıq Ermənistan ordusunda vəziyyət o həddə çatıb ki, düşmən ordunun əsgər və zabitləri silahı yerə qoyaraq, Azərbaycan tərəfinə təslim olmaq qərarına gəliblər.

 

Hazırda onlar müvafiq qurumlarımız tərəfindən dindirilir, izahatları alınır.

 

Təslim olmuş şəxslərdən biri - Mikayelyan Albert bildirib ki, Martuni şəhərində yerləşən hərbi hissədə tank əleyhinə taqımda olub:

 

“Həmin taqımda müntəzəm olaraq hərbi təlimlər keçirilirdi. Hərbi hissədə müddətli, müddətdən artıq hərbi qulluqçular və kürd əsilli muzdlulardan ibarət 1500 nəfər var idi. Orada muzdlular hər ay 600 ABŞ dolları pul alırdılar”.

 

Valera Ayrapetyan məcburi çağırışla orduya qatıldığını deyib:

 

“Mənə dedilər ki, orduya getməkdən imtina etsəm, məni həbsə atacaqlar. Məni ön xəttə - Hadruta apardılar. Sonra dedilər ki, geri çəkilmək lazımdır. Orada təxminən 400 nəfər var idi, sonra müxtəlif istiqamətlərdə getdik. Biz Füzuliyə doğru getdik. Orada atəş altına düşdük. Mən qaçdım. Başa düşdüm ki, mən bura döyüşməyə gəlməmişəm, güllədən qaçmalıyam”.

 

Edik Tonoyanın sözlərinə görə, sentyabrın 27-də müharibə başlayandan sonra onu və oğlunu hərbi komissarlığa aparıblar:

 

“Qarabağa getmək istəmirdim, çünki bizim torpaq deyil. Əgər lazımdırsa, Ermənistan uğrunda xidmət etməyə hazıram, amma Qarabağ üçün yox”.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR