Raketlər zərərsizləşdirildi - FOTO

07:02 30-10-2020 | icon 447 | Müharibə
Raketlər zərərsizləşdirildi - FOTO

28-29 oktyabrda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabәdi, Ağdam, Bәrdә, Cәbrayıl, Füzuli, Goranboy, Tәrtәr rayonları әrazisinә mәrmilәrin düşmәsi barәdә Daxili İşlәr Nazirliyinin “102” Xidmәti - Zәng mәrkәzi sistemindәn 58 vә Fövqәladә Hallar Nazirliyinin Böhran Vәziyyәtlәrindә İdarәetmә Mәrkәzindәn üç müraciәt daxil olub.

 

Versus.Az xəbər verir ki, bununla bağlı ANAMA məlumat yayıb. 

 

Bildirilib ki, daxil olmuş 61 çağırış әsasında Agentliyin xüsusi mobil çevik әmәliyyat qrupları tәrәfindәn Ağcabәdi rayonunun Hacılar, Palıdlı, Qaraxanlı, Yuxarı Qiyamәddinli kәndlәri, Ağdam rayonunun Çәmәnli, İkinci Yüzbaşlı, Alıbәyli, Әfәtli, Tәzәkәnd, Ayaq Qәrvәnd, Üçoğlan kәndlәri, Bәrdә rayonunun B.Hacıyev, Bakı, Koroğlu, Natavan, Ü.Hacıbәyov küçәlәri, H.Әliyev prospekti, Mirzalıbәyli kәndi, Cәbrayıl rayonunun Soltanlı kәndi, Füzuli rayonunun Әhmәdalılar, Alxanlı, Arayatlı kәndlәri, Goranboy rayonunun Tapqaraqoyunlu, Qızılhacılı kәndlәri, Tәrtәr rayonunun Buruc, Düyәrli, Köçәrli, Әlәsgәrli kәndlәri әrazisinә Daxili İşlәr Nazirliyinin әmәkdaşları ilә birlikdә 50 operativ vә tәxirәsalınmaz әmәliyyat çıxışı hәyata keçirilib. 

 

Aparılmış әmәliyyat-axtarış tәdbirlәri zamanı 1 әdәd 122 mm-lik top mәrmisi (OF-56), 1 әdәd 9N235 bombacığı, 2 әdәd 122 mm-lik raket (9M22U), 225 әdәd tank әleyhinә TM-62P2 minası, 224 әdәd MVP-62 partladıcısı vә 44 әdәd partlamış mәrmi qalıqları aşkar olunub.

 

Agentliyin partlayış qrupu tәrәfindәn 3 әdәd raket, 1 әdәd 9N235 bombacığı zәrәrsizlәşdirilib, Mina Tәhlükәsinә dair Maariflәndirmә üzrә mütәxәsisslәr tәrәfindәn 36 045 nәfәr mülkü şәxs arasında mina tәhlükәsizliyinә dair maariflәndirmә tәbliğatı aparılıb.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı