"Avropa Məhkəməsinə müraciət edəcəyik"

10:57 30-10-2020 | icon 575 | Müharibə
"Avropa Məhkəməsinə müraciət edəcəyik"

Azərbaycan bir sıra şəhərlərində mülki şəxslərə edilən hücumlarla əlaqədar Ermənistan rəhbərliyinə qarşı tədbir görülməsi üçün Avropa İnsan Hüquqları Məhkəməsinə və digər beynəlxalq təşkilatlara müraciət etmək niyyətindədir.

 

Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “RİA Novosti”yə müsahibəsində deyib. 

 

Onun sözlərinə görə, erməni tərəfi tamamilə məsuliyyətsiz davranır və “Smerç”, “SCUD”, “Toçka-U” raketlərindən istifadə edərək hərbi cinayətlər törədir:

 

“Erməni tərəfi bu raketlərdən istifadə edərək qəsdən mülki yaşayış məntəqələrini, Azərbaycanın mülki əhalisini hədəf alır. Gəncədə, Mingəçevirdə, Bərdədə bunun şahidi oldunuz”.

 

“Azərbaycan tərəfi bütün bu faktları toplayır, o cümlədən, Azərbaycan Baş Prokurorluğu bunlarla bağlı cinayət işləri başladıb. Avropa İnsan Hüquqları Məhkəməsi də daxil olmaqla beynəlxalq təşkilatlar çərçivəsində müvafiq tədbirlər görüləcək. Biz “Human Rights Watch”, “Amnesty International” kimi beynəlxalq qeyri-hökumət təşkilatlarını və digər əlaqədar qurumları dəvət etmişik ki, onlar da hesabatlarını hazırlasınlar və bu beynəlxalq ictimaiyyətə təqdim edilib”, - deyə H.Hacıyev bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...