“Erməni təcavüzü nəticəsində 9 şagirdimiz dünyasını dəyişib”
“Son iki həftədə bütün təhsil müəssisələrində tətil elan edilib. İndiki dövrdə bu, ən optimal qərar idi”.
Versus.az xəbər verir ki, bunu Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir qeyd edib ki, sentyabrın 27-dən erməni təcavüzünə qarşı müharibə başlayandan ölkənin 20-yə yaxın bölgəsində tədris dayandırılmışdı:
“Son iki həftədə bu aqressiyanı həm məktəblərə, həm mülki əhaliyə qarşı tətbiq edildiyini gördük. Son bir ayda bu təcavüz nəticəsində 9 şagirdimiz dünyasını dəyişib”.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"