Məktəbli dərs zamanı öldü
Özünü pis hiss edən məktəbli dərs zamanı ölüb.
“RİA Novosti”nin məlumatına görə, faciə Rusiya paytaxtında baş verib.
Uşaq idman dərsində huşunu itirib. Təcili yardım maşını 10 dəqiqə ərzində gəlsə də, uşağın həyatını xilas etmək mümkün olmayıb.
İlkin ehtimallara görə, 11 yaşlı məktəblinin ölümünə səbəb ürəyinin dayanması olub.
Beşinci sinif şagirdinin ölümünün dəqiq səbəbi ekspertizadan sonra müəyyənləşəcək.
İstintaq komitəsi yoxlamalara başlayıb.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"