Tam sağalma müddəti və tövsiyələr açıqlandı

10:43 13-11-2020 | icon 589 | Sağlamlıq
Tam sağalma müddəti və tövsiyələr açıqlandı

Koronavirusdan sonra reabilitasiya davamlı olmalıdır, bədənin tam bərpası isə azı iki-üç ay çəkməlidir.

 

Bu barədə Lenta.ru-ya Rusiyanın “Sber Zdorovye” xidmətinin tibbi direktoru Vladislav Məhəmməd Əli bildirib.

 

Onun sözlərinə görə, xəstəliyi xüsusən orta və ağır formada keçirən pasiyentlərin reabilitasiyaya daha çox ehtiyacı var.

 

“İnsanda xroniki ağciyər xəstəliyi və ya bədənin digər fərdi xüsusiyyətləri varsa, reabilitasiya bir il və ya daha çox vaxt ala bilər”, - deyə o, əlavə edib.

 

Həkim, həmçinin, infeksiyadan sonra sağlamlığı bərpa etmək barədə tövsiyələrini verib.

 

O, hər şeydən əvvəl pasiyenti öz həkiminin tövsiyələrinə riayət etməyi məsləhət görüb:

 

“Bundan əlavə, bərpa prosesi zamanı gündəlik fəaliyyətə qayıdılmalıdır, ancaq bu, tədricən baş verməlidir. Ağır xəstəlikdən sonra enerjinin səviyyəsi azalır  və bəzi işlər əvvəl lazım olduğundan artıq güc tələb edir”.

 

V.M.Əli azı 7-8 saatlıq yuxu rejiminin tənzimlənməsinin vacibliyini də vurğulayıb.

 

“Xəstəlikdən sağalanlar psixoloji reabilitasiyaya da diqqət yetirməlidirlər - bunun üçün yaxınlarından və peşəkar psixoloji yardımdan kömək istəyə bilərlər”, - deyə o əlavə edib.

 

Həkim eyni zamanda balanslı qidalanma məsləhət görüb: rasionda asanlıqla həzm olunan zülal, daha çox miqdarda vitaminlər, balıq, yağsız ət, toyuq, hinduşka, bulyonlar, təzə tərəvəz və meyvələr olmalıdır. Acılı, yağlı, duzlu və yüksək kalorili qidalardan imtina edilməlidir.

 

“Həmçinin gündə ən azı iki litr maye içmək lazımdır (əgər xəstədə ürək və ya böyrək çatışmazlığı, hipertoniya yoxdursa). Bundan əlavə, reabilitasiya üçün tənəffüs məşqləri etmək lazımdır. Fiziki fəaliyyətə isə tədricən başlanılmalıdır”, - deyə mütəxəssis əlavə edib.

 

O, sözlərinin sonunda ürək və damarlarda əlavə stres yaratmamaq üçün isti hamam və saunalardan çəkinməyi tövsiyə edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI