Qarabağdan qaçan ermənilər evsiz qalacaqları ilə təhdid edildilər
Ermənistanda Dağlıq Qarabağdan qaçan ermənilər Paşinyana qarşı minitinqlərə qoşulduqları təqdirdə evsiz qalacaqları ilə təhdid olunurlar․
Bu barədə “Hraparak” qəzeti yazır.
“Bir neçə gündür ki, dövlət məmurlarının Dağlıq Qarabağdan olan qaçqınlardan Nikol Paşinyanın istefasını ilə bağlı mitinqlərdə iştiraklarının qadağan edilməsi ilə bağlı həyəcan siqnalları alırıq.
Qubernatorlar, rayon rəhbərləri, Dağlıq Qarabağdan köçənlərin yaşadığı müxtəlif sığınacaq sahibləri onlara etiraz aksiyasında iştirak edəcəkləri halda evlərindən məhrum olacaqları barədə xəbərdarlıq ediblər.
Dünən bu xəbərə aydınlıq gətirmək üçün bütün qubernatorlara tək-tək zəng etdik, lakin zənglərimizə cavab verən olmadı”, - deyə qeyd olunur.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"