Şəhadətinin 14-cü günündə gələn ÖVLAD PAYI

11:45 14-11-2020 | icon 624 | Şəhidlər və şahidlər
Şəhadətinin 14-cü günündə gələn ÖVLAD PAYI

Vətən oğlu Vətən yolunda canından keçir. Amma onun yeri boş qalmır. 

 

Ağdaş rayonunun Ləki qəsəbə sakini Anar İsrafilov vətən müharibəsində şəhid olub. Qələbə günündə isə şəhidimizin övladı dünyaya gəlib.

 

Artıq bu həyatda atasını elə balaca Anar əvəz edəcək. 

 

Vətən uğrunda şəhid olan Anarın ailədəki yerini şəhadətinin 14-cü günü dünyaya gələn oğlu Anar dolduracaq.

 

Kiçik Anarın qədəmləri uğurlu olub. O, xalqımıza qələbə müjdəsi verilən gün dünyaya gəlib. İndi İsrafilovlar ailəsi həm sevinir, həm də kədərlənir. Amma hər kəsin bir arzusu var. Kiçik Anarı atası kimi vətənə, xalqa və dövlətə layiqli bir övlad kimi böyütmək.

 

Şəhid Anar İsrafilov 1990-cı ildə Ağdaş rayonunun Orta Ləki kəndində anadan olub. 3 övladı var. Ailə şəhidin ruhu qarşısında tək bir söz verib:

“Ruhun rahat olsun. Övladların arzuladığın kimi vətənə layiqli övlad olaraq böyüyəcəklər”.

 

Qeyd edək ki, şəhid Anar İsrafilov Füzuli rayonu istiqamətində gedən ağır döyüşlərdə şəhid olub. /oxu.az/

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...