Ənənəvi tədrisə keçid - AÇIQLAMA

12:52 18-11-2020 | icon 493 | Təhsil
Ənənəvi tədrisə keçid - AÇIQLAMA

“Biz hazırda koronavirusla bağlı böhranlı vəziyyətdəyik və bu vəziyyətdə idarəetmənin özünəməxsus çətinliyi var”.

 

Versus.Az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “ATV Aktual” proqramında bildirib.

 

Onun sözlərinə görə, hazırkı situasiya elə də asan deyil:

“İnanıram ki, müəyyən vaxt ərzində biz birlikdə bu vəziyyətdən çıxa bilərik. Hazırda bir milyon 200 mindən artıq şagird, 120 mindən artıq müəllim virtual məktəbə qoşulub. Say artır. İnternetdə də çətinliklər mövcuddur. Bakı şəhərində 75-80 faiz şagird elektron təhsildən yararlanır.

Digər şagirdlərin isə teledərslərdən yararlandığına inanırıq. Hələlik situasiyanı izləyirik. Proses bitdikdən sonra monitorinq aparıb, müəyyən müdaxilələr hazırlaya bilərik”.

 

“Hazırda əyani məktəbə qayıtmaq risklidir. İnsanların həyatı ən vacib məsələdir. İndi valideynlərdən bizə müraciətlər daxil olur ki, hazırkı vəziyyətdə üzbəüz dərslərin keçirilməsi risklidir. Pandemiya ilə bağlı vəziyyət imkan verərsə, əlaqədar qurumlarla razılaşdırılmaqla, ənənəvi təhsilin bərpa edilməsi Təhsil Nazirliyi üçün arzuolunandır. Bəzi təhsil müəssisələri ənənəvi tədrisə keçmək üçün cəhd edirlər. Nazirlik monitorinq aparır və qarşısı alınır”, - deyə nazir qeyd edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...