Şuşa məscidində ilk azan oxuyan əsgərimiz - FOTO

11:01 19-11-2020 | icon 1604 | Müharibə
Şuşa məscidində ilk azan oxuyan əsgərimiz - FOTO

“Gedəndə bizə dedi ki, “mən şəhid olsam, ağlamayın. Şəhid olmasam, Şuşada ilk azanı özüm verəcəm. Allah arzusuna çatmağı ona qismət etdi, sözünün üstündə durdu”.

 

Versus.Az xəbər verir ki, bu sözləri Şuşa məscidində ilk azan səsləndirən əsgərimiz Qurbanəli Əliyevin anası Cəvahir Qurbanova Modern.az-a deyib.

 

O bildirib ki, əsgərimiz Təbriz Universitetinin İlahiyyat fakültəsində oxuyur:

 

“Pandemiyaya görə dərslərə gedə bilmirdi. Sonra səfərbərlik elan olundu, könüllü olaraq qeydiyyatdan keçdi və çağırış gəldi. Çox böyük həvəslə cəbhə bölgəsinə getdi. Qurbanəli döyüşə gedəndə üzərində bayraq var idi. O, mənə demişdi ki, “ana sənin verdiyin bayrağı azad olunmuş torpaqlarda - Şuşada, Kəlbəcərdə ucaldacağam. Azad olunmuş torpaqların hər birində namaz qılıb, azan oxuyacağam. Şuşada ilk namazı qıldırmaq oğluma qismət oldu. Bu qürur hissini sözlə ifadə etmək mümkün deyil”.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...