Şıxheybətli Qazinin Şəhid oğlu…

21:10 23-11-2020 | icon 527 | Şəhidlər və şahidlər
Şıxheybətli Qazinin Şəhid oğlu…

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva qəhrəman şəhidimiz Cilingir Nəbiyevdən yazdı.

 
 
Cilingir Azad oglu Nəbiyev!.. Şəhid Cilingir! “Açarçı, açar düzəldən” yaxud “əllə metaldan müxtəlif əşyalar quraşdıran və ya təmir edən usta” – Cilingir sözünün anlamı bu şəkildədir. Ərəblər deyər, “bu dünyada təsadüf yoxdur, təvafüq var” – Cilingir öz adının, atasının adının anlamları və soyadının verdiyi enerji doğrultusunda bir ömür yaşadı və hələ 24 yaşındaykən adların, titulların ən gözəlinə yetişdi: torpaqlarımızın azadlığı uğrunda Şəhid oldu!
 
 
Cilingirin atası I Qarabağ müharibəsinin qazisidir, özü II Qarabağ müharibəsinin Şəhidi oldu! Şəhidin qardaşı İbrahim Azad oğlu Nəbiyev Silahlı Qüvvələrimizin zabitidir, hal-hazırda cəbhə bölgəsində xidmət göstərir.
1996-cı ilin ilk ayının 18-ci günündə Tovuzun dağlar qoynunda yerləşən Şıxheybət kəndində doğulub Cilingir. 9 illik təhsilini Hacılar kənd orta məktəbində alıb; sonra Azərbaycan Dövlət Pedaqoji Kollecində “Texnologiya müəllimliyi” ixtisasına yiyələnib. 2015-ci ildə Ədliyyə Nazirliyində müddətli həqiqi hərbi xidmət keçib; xidmət dövründə “Fəxri fərman”larla təltif olunub, ailəsinə “Təşəkkür məktubu” göndərilib.
 
 
Cilingir hərbi xidmətdən tərxis olunduqdan sonra, 2017-ci ildə Müdafiə Nazirliyi sistemində müddətdən artıq hərbi xidmət etmək üçün müraciət edib. Gizirlik kursunu uğurla bitirdikdən sonra, “N” saylı hərbi hissədə tank komandiri vəzifəsində xidmət göstərib.
 
 
Azərbaycan Böyük Vətən Müharibəsi başlayınca öncəbhəyə yollanan Cilingir, Füzulinin, Cəbrayılın azad edilməsində başarıyla iştirak edib. Zəngin Azərbaycan tankçılıq məktəbinin gələnəklərini məsuliyyətlə davam etdirməyə, özünəməxsus töhfələr verməyə çalışan yeni nəsil hərbçilərimizdəndi Cilingir Azad oğlu Nəbiyev. O, döyüşlərin 1 ayı tamam olan gün, 27 oktyabrda Qubadlı uğrunda gedən döyüşlərdə Uca Şəhidlik Zirvəsinə yüksəlib.
 
 
Fədakar tankçımız ailəliydi; 1 yaş yarımlıq Ayxanı yadigar qaldı.
 
Cilingir! – Qazi oğlu, döyüşən zabitin qardaşı, böyük gələcəyə qanadlanan Ayxanın atası!
 
Onu tanıyanlar təsdiq edir: “Cilingirin üzü həmişə gülərdi. Sanki o üz fərəh üçün, sevinc üçün, gözəl günlər üçün yaranıb”... Mən bilərəkdən keçmiş zamanda bitirmək istəmədim cümləni. – Milli, dini inancımıza görə Şəhidlər ölməzdir! Ruhu şaddır Şəhidimizin!
 
O, bir Qazi oğluydu, Ayxansa Şəhid oğludur. Ayxana xoşbəxt gələcək, uzun ömür, möhkəm can sağlığı və əlbəttə, atasının adına layiq oğul olmağı arzu edir, bu arzumuzun çin olacağına inanırırıq!
 
Ayxanın qəhrəman atası ermənilərin xaraba qoyduğu Qubadlıda şəhid oldu, inşallah o, böyüyəcək, yenidən qurulmuş, firavan Qubadlıya səfər edəcək, kim bilir, bəlkə taleyini Qubadlıya bağlayacaq, xoşbəxtliyini Qubadlıda tapacaq… Şair demiş, “Ata gedər, oğul gələr, öz qalar”… Ayxanlar var olsun!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...