Cinayət işi AÇILDI

10:59 25-11-2020 | icon 429 | Təhsil
Cinayət işi AÇILDI

Məktəb direktoruna yarım milyon manatlıq ittiham

 

Bakı şəhəri Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Мehriban Əsgər qızı Rüstəmova barəsində cinayət işi başlanılıb.

 

Versus.Az xəbər verir ki, M.Rüstəmova dövlət əmlakını xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir.

 

İş üzrə zərərçəkən şəxs qismində Mədəniyyət Nazirliyi tanınıb.

 

Dəymiş zərər yarım milyon manatdan çoxdur.

 

M.Rüstəmova barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.

 

Onun barəsində başlanan cinayət işinin istintaqı başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...