DİM və Yunus Əmrə İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb

14:58 25-11-2020 | icon 522 | Təhsil
DİM və Yunus Əmrə İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb

Azərbaycanın Dövlət İmtahan Mərkəzi (DİM) və Türkiyənin Yunus Əmrə İnstitutu arasında əməkdaşlıq protokolunun imzalanma mərasimi keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə çıxış edən DİM sədri M. Abbaszadə qeyd edib ki, mərasim tarixi məqama təsadüf edir. Türkiyə və Azərbaycan arasında tarixən qardaşlıq əlaqələrinin olduğunu deyən M. Abbaszadə Yunus Əmrə İnstitutu və DİM arasında əməkdaşlığın ölkələr arasında münasibətlərin dəstəklənməsinə töhfə verəcəyini bildirib.

 

DİM-in sədri protokolun əhəmiyyətindən də danışıb:

“Protokol DİM-ə Türkcə Yetərlik İmtahanının (TYS) Azərbaycan ictimaiyyətində tanıdılması, bu imtahanın etibarlı və təhlükəsiz qaydada keçirilməsi üçün texniki infrastrukturun yaradılması, bununla yanaşı, xaricilərə Azərbaycan dilinin öyrədilməsi məqsədilə dərs vəsaitləri, onlayn tədris və imtahan platformasının inkişaf etdirilməsi, eyni zamanda Azərbaycan Dili Xarici Dil kimi İmtahanının ərsəyə gətirilməsi imkanı yaradacaq”.

 

Yunus Əmrə İnstitutunun sədri Şərəf Atəş isə Azərbaycanı qələbə münasibəti ilə təbrik edib, bildirib ki, Azərbaycanın qələbəsi Türkiyədə də coşqu ilə qarşılanıb.

 

O, imzalanan protokoldan söz açıb:

“Bu protokol Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana gələn tələbələrin sayını artırmaqla iki ölkə arasında mədəniyyət və təhsil sahəsində əlaqələri gücləndirmək məqsədi daşıyır”.

 

Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral Azərbaycanla münasibətlərin qardaşlıq münasibətləri olduğunu bildirib: “Dünyanın heç bir ölkəsində belə münasibət yoxdur. Biz eyni mədəniyyəti, keçmişi və gələcəyi paylaşan iki dövlət, bir millətik. Yunus Əmrə İnstitutu Türkiyə türkcəsi kimi Azərbaycan türkcəsini öyrətmək üçün belə protokol imzalayır: “Bu, protokol həmçinin üçüncü ölkələrin vətəndaşlarına yönəlib”.

 

Səfir Kəlbəcərin işğaldan azad olunması münasibətilə də təbriklərini çatdırıb: “Kəlbəcər belə bir gündə Azərbaycana qayıtdı. Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Bu gün Kəlbəcərin Azərbaycana qayıtmasını qeyd edirik”.

 

Sonda DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Yunus Əmrə İnstitutunun sədri, prof. Şərəf Atəş tərəfindən protokol imzalanıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...