Füzuli, Cəbrayıl və Zəngilanda döyüşən əsgərimiz QAZİ OLDU
Vətən Müharibəsində iştirak etmiş daha bir əsgərimiz qazi olaraq geri dönüb.
Haqqında bəhs edəcəyimiz qazi, 23 yaşlı Ağdaş sakini Həmdiyyə Məmmədovdur.
Həmdiyyə Məmmədov sentyabrın 29-da Dəhnəxəlil kəndindən Vətən Müharibəsinə könüllü gedənlərdəndir. O, Füzuli və Cəbrayıl uğrunda, daha sonra Zəngilanda gedən ağır döyüşlərdə iştirak edib. Qubadlı istiqamətində düşmənin diversiya qrupunun qarşısını alan zaman yaralanıb.
İki qəlpə yarası alan qazi buna baxmayaraq, yenə əsgər yoldaşları ilə birlikdə döyüşü davam etdirərək, qəhrəmanlıqlar göstərib. Həmdiyyə Məmmədov döyüş başa çatandan sonra müalicə olunub.
Bu gün onun ailəsinə geri dönməsi kənd sakinləri arasında böyük sevinc hissi yaşadıb. Sakinlər onun müharibədən qayıdışını sevinc və fərəh hissi ilə qarşılayıblar, qazinin gəlişi münasibətilə qurbanlar kəsilib.
İndi ailənin ən böyük arzusu Həmdiyyə Məmmədov kimi bütün hərbçilərin sağ-salamat geri dönməsidir.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"