Suqovuşana çəkilən yeni yolun minalardan təmizlənməsi davam edir - FOTO

09:59 30-11-2020 | icon 407 | Müharibə
Suqovuşana çəkilən yeni yolun minalardan təmizlənməsi davam edir - FOTO

Noyabrın 26-29-da Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA)  Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən 49 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən dörd müraciət daxil olub.

 

Versus.Az xəbər verir ki, bununla bağlı ANAMA məlumat yayıb. 

 

Bildirilib ki, daxil olmuş 53 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 47 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 19 ədəd partlamamış hərbi sursat (PHS), 48 ədəd tank əleyhinə mina, 59 ədəd piyada əleyhinə mina, 5 ədəd tank əleyhinə minanın partladıcısı və 42 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

 

Tərtər rayonundan Suqovuşan kəndinə çəkiləcək avtomobil yolunun mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənilməsi əməliyyatı davam edir, 76 ədəd tank əleyhinə mina, 118 ədəd piyada əleyhinə mina, 6 ədəd tank əleyhinə minanın partladıcısı, 6 ədəd partlamamış hərbi sursat (PHS) (cəmi: 206 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

 

Agentliyin partlayış qrupu tərəfindən 64 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR