BAYRAĞI UCA

18:53 30-11-2020 | icon 1078 | Şəhidlər və şahidlər
BAYRAĞI UCA

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qəhrəman şəhidimiz Samiq Fərzalıyevdən yazdı.

 

Sizlərə şəhid Samiq Misir oğlu Fərzalıyevdən söz açmaq istəyirəm. Samiq 1992-ci il iyul ayının 8-də Tovuzun Çesməli elinin Güvəndik kəndində doğulub. Orta təhsilini 1998-2008-ci illərdə Güvəndik və Papaqçılar kənd məktəblərində alıb. 2008-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olub. 2012-ci ildə həmin məktəbi bitirib. 2013-cü ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Sərhəd Qoşunlarında keçib.

 

2014-cü ildə hərbi xidməti başa catdiran Samiq, 2016-cı ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə könüllü müraciət edərək, ordu sıralarında xidmət göstərmək arzusunu bildirib. O, Müdafiə Nazirliyi tərəfindən Heydər Əliyev adına Ali Hərbi Məktəbə kursa göndərilib və leytenant hərbi rütbəsi alaraq, “N” saylı hərbi hissədə xidmətə başlayıb. Nümunəvi xidmətlərinə görə 31 dekabr 2017-ci ildə hərbi hissə komandiri tərəfindən “Fəxri fərman”la təltif olunub. 2019-cu ildə döyüş və ictimai-siyasi hazırlıqda fərqləndiyinə görə hərbi hissə komandiri tərəfindən ödülləndirilib.

 

2020-ci ilin iyul ayında baş leytenant hərbi rütbəsi alan Samiq, 27 sentyabrda Azərbaycan Böyük Vətən Müharibəsi başlayınca könüllü olaraq torpaqlarımızın azad olunması uğrunda döyüşlərə qatılıb. 07 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan iki əsgərimizin nəşini təhlükəli bölgədən çıxararkən, baş leytenant Samiq Fərzalıyev özü də düşmən snayperi tərəfindən vurulub… Zabit şərəfini, müharibədə qızıl ləyaqəti uca tutan Samiq, əsgərlərinin nəşini çıxarmağa getməyə bilməzdi, buna onu vicdanı, Azərbaycan hərbçisi adının məsuliyyəti vadar edirdi; demək ki, o, ölümün gözünə dik baxa-baxa, ölümün özünü öldürməyə addımlayıb və şəhadət şərbətini şüurlu şəkildə içib…

 

Şəhidimiz doğulub-böyüdüyü dogma kənddə torpağa tapşırılıb. Ancaq Şəhid Zabit üçün yalnız doğulduğu torpaq deyil, hətta Şəhid olduğu məntəqə də deyil, bütün Azərbaycan torpağı doğmadır, əzizdir. Çünki o, Vətənin hər qarış torpağını candan əziz tutduğu üçün, bütün azərbaycanlılar üçün doğmadır, əzizdir. Şəhid zabitimizin qohumu Malik Nəsirov deyir, Samiq hələ uşaq yaşlarından öz vətənpərvərliyi ilə seçilib. Məktəb tədbirlərində Vətən mövzulu şeirlər oxuyanda hərbi formaya uyğun geyimlər geyib çıxış edərmiş. – “Ən boyuk arzusu böyüyəndə hərbçi olmaq idi.

 

Ordu sıralarına bir zabit kimi qosulandan sonra Qarabağ torpaqlarımızı düşməndən azad etmək və Azərbaycanın şanlı bayrağını Şuşada qaldırmaq həyatının ən böyük arzusuydu. Hərbçi olmaq, Qarabağın azadlığı uğrunda döyüşmək arzusu çin olsa da, Şuşanın azad olunmasını görmək Samiqə qismət olmadı. Ancaq onun zabit yoldaşları, aslanparçası əsgərlərimiz Samiqin, digər şəhidlərimizin arzusunu həyata keçirməklə, onların ruhunu şad etdi!

 

Tanrı şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, ordumuza güc qüvvət versin”! Şəhid zabitimizin qohumunun ürək sözlərini bölüşür, müzəffər ordumuza, qarşısında duran bütün məqsəd-vəzifələrdə böyük uğurlar diləyirəm! Bayrağımız uca olsun! Neçə ki, ölümün gözünə dik baxan oğular var, müqəddəs bayrağımız həmişə uca olacaq!

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi