Yeraltı tunellər, güllələnmiş fərarilər... - FOTO

16:52 02-12-2020 | icon 929 | Müharibə
Yeraltı tunellər, güllələnmiş fərarilər... - FOTO

Qarabağda erməni vandalizmi əsgərimizi dəhşətə gətirdi

 

Ermənilər itkilərini gizlətmək üçün öldürülən əsgərlərinin cəsədlərini basdırırdılar. Cəbrayıl bölgəsində azərbaycanlı döyüşçülər yeddi erməni polisin dəfn olunduğu kütləvi məzarlıq aşkarlayıb. Onların cəsədləri ümumi bir çuxura atılıb və üstü torpaqla örtülüb.

 

Versus.Az xəbər verir ki, bu barədə Qubadlı rayonunun Mahmudlu kəndində hərbi bölmədən olan könüllü Beyrək Məmmədov danışıb.

 

 

“Bizim tərəfimizdə itki az idi. Bununla belə, kəndləri 6-7 nəfərlik kiçik qruplarla alırdıq. Bir kəndi tutmaq üçün təxminən 40 dəqiqə vaxt sərf edirdik. Füzuli və Cəbrayıl istiqamətlərindəki döyüşlərdən sonra ermənilər çox qorxdular.

Qubadlı bölgəsində mövqelərini, hərbi texnikalarını, silahlarını qoyaraq, kütləvi şəkildə qaçdılar. Bu istiqamətdə bizə qarşı, əsasən, polislər vuruşurdu. Belə görünür ki, polis mövqelərini tərk edən fərariləri güllələyirmiş. Bizim tapdıqlarımız da onların cəsədləri idi”, - deyə o bildirib.

 

 

B.Məmmədovun sözlərinə görə, bu ərazilərdə hökumət tərəfindən pul müavinəti və payla təmin edilən erməni diversantlar yaşayıb. Mahmudlu kəndi yerli standartlara görə Qubadlı rayonunun ən böyük yaşayış məntəqəsidir. Orada isə maksimum 70 ev var.“Burada, hər evdə konservləşdirilmiş yeməklər, eləcə də, hərbi geyim, silah və sursat tapdıq. Ermənilər işğal altında olan ərazilərdə dinc sakinlərin yaşadığı barədə yalanlar danışıb.

 

Birmərtəbəli yaşayış evləri, əslində, çoxsaylı yeraltı tunellərlə birləşdirilmiş, betondan ibarət ikimərtəbəli zirzəmisi olan möhkəmləndirilmiş bunkerlərdir. Bütün bu istehkamları tikmək üçün ermənilərin kifayət qədər vaxtı olub.

 

Kəndlərdə Sovet dövründən qalan bir çox atribut tapdıq. Burada, əsasən, xurma və üzüm yetişdirilib. Bütün evlərdə şərabçılıqla məşğul olunub”, - deyə könüllü əlavə edib.

 

B.Məmmədov, həmçinin, erməni vandallarının bütün müsəlman qəbirlərini dağıtdığını söyləyib. Ancaq təəccüblüdür ki, bəzi tarixi abidələr - türbələr və ziyarətgahlar günümüzə gəlib çatıb.

 

İşğalçılar, demək olar ki, bütün meşəni qıraraq, özləri ilə aparıblar. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...