Bu örnək deyilməli, yazılmalı, tərənnüm edilməlidir

18:59 02-12-2020 | icon 989 | Şəhidlər və şahidlər
Bu örnək deyilməli, yazılmalı, tərənnüm edilməlidir

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qəhrəman şəhidimiz Sərxan Həsənovdan yazdı.

 
 
Şəhid əmisinin qisasını almaq və torpaqlarımızın işğaldan azad edilməsində iştirak etmək arzusu ilə yaşayıb şəhidlik məqamına yüksələn qəhrəman - Sərxan!
 
 
Sərxan Habil oğlu Həsənov –
08 mart 1999-cu ildə Tovuzun sərhəd kəndi Əlibəylidə doğulub. 2005-ci ilin sentyabr ayında Milli Qəhrəman Qasım Rzayev adına Hacallı kənd orta məktəbinin 1-ci sinfinə gedib. 2014-cü ildə həmin məktəbin 9-cu sinfini bitirib. 2017-ci ilin aprel ayının 3-də həqiqi hərbi xidmətə gedib. 2018-ci ilin oktyabr ayında hərbi xidmətini başa vurub. 2019-cu il yanvarın 15-də snayperçi kursuna gedib. Martın 4-də “N” saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət edən kimi qulluğa başlayıb. Sərrast snayperçi bir çox “Fəxri fərman”lar alıb.
Azərbaycan Böyük Vətən Müharibəsinə qumbaraatan olaraq qatılıb Sərxan. Sərxan müharibənin ilk günü Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Bir gün sonra – 28 sentyabr 2020-ci ildə Əlibəyli kənd qəbirstanlığında dəfn olunub.
 
 
Şəhidimiz tək bacının tək qardaşı idi.
 
Şəhidimizin əmisi Həsən Əmiraslan oğlu Həsənov 1-ci Qarabağ müharibəsində şəhid olub (21.05.1995), Əlibəyli kənd qəbirstanlığında dəfn olunub.
 
 
Şəhidimiz atası ilə telefonla danışanda deyirmiş “ata, ən böyük arzum əmimin qisasını almaq və torpaqlarımızın işğaldan azad edilməsində iştirak etməkdir”.
 
 
Anasına şəhid olmamışdan 3 saat öncə zəng vurub şəhidimiz – deyib: “biz əks-hücuma keçmişik. Şəhid olsam, haqqınızı halal edin”. Anası ağlayınca, deyib “Ağlama, ana. Oğlunla fəxr elə”.
 
 
Sərxan adının anlamı nədir? – Əsas anlamı kimi “Qurd, canavar” göstərilir. 21 yaşında şəhadət şərbəti içmiş, adı Sərxan olan bir əsgərdən danışırıqsa, bu mənanın necə yaraşdığı aydın görünür. – Öz torpağının azadlığı uğrunda vuruşlara atılanların vətəncanlılığı, yurd eşqi örnəkdir. Bu örnək deyilməli, yazılmalı, tərənnüm edilməlidir. Hələ gənckən Vətənə bağlılığını canı, qanı ilə təsdiq edənlərin hansı mühitdə yetişməsi, necə formalaşması öyrənilməli, uşaq və gənclərin təlim-tərbiyəsində o öyrənilənlərdən faydalanılmalıdır.
 
Gənclərimizə eşq olsun!
 
Dövlətimiz var olsun!
 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...