Azərbaycanda karantin rejimi iki həftəlik sərtləşdirilə bilər

15:58 07-12-2020 | icon 588 | Gündəm
Azərbaycanda karantin rejimi iki həftəlik sərtləşdirilə bilər

Son iki ayda Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artıb. Belə ki, yoluxanların sayı 4000-ni, ölənlərin sayı isə 40-ı keçib. Bir neçə gün öncə keçirilən operativ qərargahın brifinqində iki həftəlik qapanmaya gediləcəyi ilə bağlı açıqlama verildi. Bu qapanmanın dekabrın 15-dən qüvvədə olacağı iddia edilir.

 

Dekabrın 15-dən yenidən karantin rejimi sərtləşdirilə bilərmi?

 

Bununla bağlı Versus.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, iki həftəlik sərt karantin rejimi tədbiq edilə bilər:

 

“Təəssüf ki, gündəlik yoluxmaların sayı azalmır, əksinə yoluxanların və ölənlərin sayında artım müşahidə olunur. Rəqəmlər 4300-4500 arasında dəyişir. İstənilən halda yoluxmaların sayında artım gözləniləndir. Soyuq havada bütün xəstəliklər baş qaldırır. Həmçinin xəstəliyin artması da koronavirusun aktivləşməsinə yol açır. Qarşıdan Yeni il gəlir və insanlar bir-birinin evinə gedir, bayramı birlikdə qeyd etməyə üstünlük verirlər. Düzdür, virusa görə insanlar evdən kənara çıxmamağa çalışır. Ancaq yenə də belə hallar ola bilər.

 

Restoranlarda da bayrama görə sıxlıq ola bilər. Hesab edirəm ki, karantin rejimini 15 gün sərtləşdirmək yaxşı olar. Amma yenə də iqtisadi tərəfləri mütləq şəkildə araşdırmalıdır.

 

Qapanmaya gediləndə iş yerləri bağlanılır. Ona görə də bu məqamlar da diqqətdə saxlanılmalıdır. 15 günlük qapanma yoluxanların sayının azalmasına səbəb ola bilər. Bu gün yoluxmaların sayının azalmasına ehtiyac var. Demək olar ki, xəstəxanalarda yer yoxdur”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...