"Yaxşılıq et, paylaş, bizə qalan o olacaq" deyərdi həmişə Qərib..."
Başını dik tut, məğrur qadın, sən Şəhid əmanətisən
"Cığır" MDİD İB Şəhidimiz Qərib Baxşəliyevin ailəsi ilə görüşüb. Üç seçilmiş bala ilə zamanın necə keçdiyini hiss etmədik. İç dünyalarını rəsmləri ilə danışdılar. Nur üzlü bu balaların hər birinin fərqli dünyası var; rəngli, günəşli, gül-çiçəkli...
Məryəm balanın rəsmində bir də ruzi dolu bir ağac var. Bəli, gözəl bala, sən Allahın indindən ruzilənən Şəhid əmanətisən! Şəhid atan sənin mələyindir.
Əlinin sakit qəlb dünyası bir axtarışdadır. Dost axtarışında... Amma inanır. İnanır ki, o Dost gələcək və onlar birlikdə uçacaqlar.
Balaca Əhmədimiz "mən atam kimi əsgərəm! Böyüyəcəm, pislikləri öldürəcəm və hündür dağın başında bizi gözləyən atamın yanına gedəcəm" deyir.
O dağın var olduğunu uşaqlara anladan məğrur duruşlu Gülnarə xanım yoldaşının ancaq xeyirsevərliyindən danışdı. "Özündən əvvəl başqalarını düşünərdi həmişə. "Yaxşılıq et, paylaş, bizə qalan o olacaq" deyərdi həmişə Qərib..."
Şəhid ömrü Allahın nuruna Şahid olaraq yaşamaqdır. Bu şahid ailənin himayəsində yetim bir əmanət vardı. Neçə illərdir ki, o əmanət balanı öz övladları qədər düşündülər, sevə-sevə yanında oldular.
Başını dik tut, məğrur qadın! Sən diri olan Şəhid əmanətisən. Şəhid bildiyi həqiqətdən əmin olur. Əməllərin dünyaya şahid ruzusunun ətrini yaysın!Şahidin duasına ehtiyacımız var.
Qeyd edək ki, Gülnarə xanım bu görüşdə maddi və mənəvi dəstək olan "Texas Qadınlar Xeyriyyə Cəmiyyəti"nin bütün xeyirsevərlərinə təşəkkür ifadə edib.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"